20-ci dəfə keçiriləcək NETTY2025 Azərbaycanın Milli İnternet Mükafatı başlayıb və sizi iştiraka dəvət edir.
Digər
01.10.2025
Emil
Oktyabrın 1-də Azərbaycanın NETTY2025 Milli İnternet Mükafatı başlayıb.
2004-cü ildə yaradılan NETTY mükafatı hər il əhəmiyyətli Azərbaycan veb-saytlarını, mobil tətbiqləri, sosial platformalarda resursları, aktual İT-layihələri və informasiya texnologiyaları sahəsində qabaqcıl fəaliyyət göstərənləri aşkar edir və mükafatlandırır. 2025-ci ildə mükafat 20-ci dəfə keçirilir.
Müsabiqə iştirakçılarının ərizələri netty.az saytında qəbul olunur və 2025-ci il oktyabrın 1 -dən noyabrın 24-dək davam edəcək. Noyabrın 24-dən dekabrın 5-dək namizədlərin siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək. Dekabrın 6-da NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.
Elan edilmiş əsas nominasiyalar üzrə hər bir kateqoriya üzrə qaliblər müəyyən ediləcək.
İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun, icra.
Ərizələrin qeydiyyatı ödənişlidir. Oktyabrın 1-dən 7-dək ödəniş üçün 75% güzəşt tətbiq edilir.
2025-ci ildə NETTY aşağıdakı əsas kateqoriyalar üzrə vebsaytlar, tətbiqlər və sosial səhifələr arasında resursları qiymətləndirəcək:
- Elektron dövlət və rəqəmsallaşdırma
- Rəqəmsal iqtisadiyyat, biznes və startaplar
- İnnovasiyalar, kibertəhlükəsizlik, və süni intellekt
- Elm, təhsil və rəqəmsal savadlılıq
- Media, mədəniyyət və kreativ kontent
- XXI əsrin həyat tərzi və turizmi
- Cəmiyyət və inklüzivlik üçün texnologiyalar
NETTY2025-in qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidir. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər.
Müsabiqə haqqında ətraflı məlumatı netty.az saytından əldə edə, həmçinin bu saytdan iştirak üçün müraciət edə bilərsiniz.
Bu il mükafatı dəstəkləyən tərəfdaşlar:
Baş tərəfdaş: NAR
Rəsmi tərəfdaş: AZINTELECOM
Tərəfdaşlar: Azərbaycan İnnovasiya Mərkəzi (AIM), SmartHost, Savalan, Renley.
İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Technote.az, Oxu.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws, Radio Enerji, Kazzımli Photography, Sapunov Online, ALR Media.
Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlaya bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Digər
NETTY2024 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilmişdir
Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2024 Azərbaycan Milli İnternet Mükafatının 19-ci təqdimat mərasimi keçirilib. NETTY bu il müsabiqədə iştirak edənlər arasında ən yaxşı milli vebsaytları, sosial səhifələri və tətbiqləri mükafatlandırıb.
Digər
NETTY2024 nominantları müəyyən edir, səsvermə başlayıb
NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı.
Digər
NETTY 2024 Azərbaycan Milli İnternet Mükafatı - qeydiyyat davam edir.
NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulunun bitməsinə iki həftədən az vaxt qalıb. Artıq mükafata 220-dən çox sayt, həll və sosial şəbəkə səhifəsi təqdim olunub.
Digər
NETTY 2024 İnternet Mükafatı ərizələrin qəbulunu davam edir.
Azərbaycanda NETTY2024 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 180-dən çox layihə təqdim olunub.
Digər
Azərbaycanın 19-ci Milli İnternet Mükafatı NETTY2024 başlayıb və sizi iştiraka dəvət edir.
2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirir və mükafatlandırır və bu il 19-ci dəfə keçirilir.
Ən çox oxunanlar