Apple-ın ən güclü rəhbərlərindən biri şirkətdən ayrılmağa hazırlaşır
Digər
08.12.2025
Sevinc
Bloomberg-in məlumatına görə, Apple-ın Hardware Technologies bölməsinin baş vitse-prezidenti, şirkətin ən vacib adlarından biri olan Johny Srouji yaxın vaxtlarda Apple-dan ayrılmağı ciddi şəkildə nəzərdən keçirir. Məlumata əsasən, Srouji bu barədə artıq Tim Cook-a da məlumat verib.
Əgər Srouji ayrılarsa, bu, Apple-ın yüksək rəhbər heyətində son aylarda baş verən böyük dəyişikliklərin davamı olacaq. Bu il iyulda şirkətin COO-su Jeff Williams təqaüdə çıxacağını açıqlamış və rəhbərlikdə ciddi struktur dəyişikliklərinə səbəb olmuşdu. Dekabr ayında isə bu proses daha da sürətləndi:
• Apple-ın süni intellekt rəhbəri John Giannandrea vəzifədən ayrıldı.
• Lisa Jackson və baş hüquq müşaviri Kate Adams təqaüdə çıxacaqlarını bildirdilər
• UI dizayn komandasında illərdir çalışan Alan Dye isə Meta-ya keçdi.
Bu səviyyədə ardıcıl rəhbər itkiləri Apple kimi sabitliyi ilə tanınan bir şirkət üçün son dərəcə qeyri-adi hal hesab olunur.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Amazon AirPods 4 üçün ilin ən böyük endirimini təkrar işə salıb
Amazon Cyber Monday üçün AirPods 4 ANC modelini yenidən rekord endirimlə, cəmi 99 dollara satışa çıxarıb.
Cihazlar+
Apple gələn il iPhone, iPad və Mac üçün böyük yeniləmə hazırlayır
Apple gələn il əsas diqqəti yeni funksiyalara yox, iPhone, iPad və Mac sistemlərini daha stabil və problemsiz etməyə yönəldəcək.
Cihazlar+
iPhone 17 Pro-nun buxar kameralı soyutma sistemi yeni reklamla nümayiş olunub
Apple iPhone 17 Pro-da A19 Pro çipinin buxar kameralı soyutma texnologiyasını kreativ və diqqətçəkən reklam çarxı ilə ön plana çıxarıb.
Cihazlar+
Snapdragon cihazları iPhone-lara Quick Share ilə fayl ötürə biləcək
Qualcomm təsdiqləyib ki, Android-dən Apple cihazlarına fayl paylaşmaq imkanı yaxın vaxtlarda Snapdragon çipləri ilə işləyən cihazlarda aktivləşdiriləcək.
Digər
Apple limitli sayda MagSafe iPhone tutacağını satışa çıxarıb
Apple yeni limitli MagSafe iPhone tutacağını rəssam Bailey Hikawa ilə birlikdə təqdim edib.
Ən çox oxunanlar