Logo
    main-post-cover

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

    Digər
    07.07.2025
    Emil
      İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir. 
       Layihə çərçivəsində bu dəfə ekokönüllülər tərəfindən müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Toplama prosesində könüllülər Bakı şəhəri 19 nömrəli tam orta məktəb, “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2, Neftçilər və 8-ci mikrorayon-2 filialları, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialı, eləcə də AccessBank-ın baş ofisi və digər  məkanlarda fəal şəkildə iştirak ediblər.
       Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır. 
        Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
    Paylaş
    Bənzər xəbərlər
    bir-ekosistem-olkenin-en-boyuk-e-ticaret-platformasi-birmarket-ile-daha-da-guclenir
    Digər

    Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

    Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir.
    birbank-bahar-lotereyasinin-qaliblerine-hediyyeler-teqdim-olundu
    Digər

    Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

    Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
    kapital-bank-in-po-growth-inkisaf-proqrami-geleceyin-mehsul-sahiblerini-yetisdirir
    Digər

    Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

    Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb.
    kapital-bank-in-terefdasligi-ile-kecirilen-fintex-summit-2025-basa-catdi
    Digər

    Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

    Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub.
    mingecevirde-8-noyabr-elektrik-stansiyasinin-acilis-merasimi-bas-tutub
    Digər

    Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər.