
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
Digər
18.03.2025
Emil
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub. Layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər.
Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi konteynerlərdə toplanması və təhlükəsiz şəkildə utilizasiyasını təmin etməkdir.

1 may 2022-ci il tarixində başlanan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ekoloji davamlılığa və sosial rifahın artırılmasına xidmət edir. Geniş auditoriyanı əhatə edən layihə tullantıların düzgün idarə olunmasına dair məlumatlılığı artırmağı hədəf alır. Birbank-ın da qoşulması ilə layihə ölkəmizin bütün regionlarını əhatə etmiş olacaq.
Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən layihə ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması və işlənmiş batareya tullantılarının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Paylaş
Bənzər xəbərlər

Digər
Birbank-da daşınmaz əmlak üzrə ƏDV-nin 30%-ni geri almaq imkanı davam edir
Müasir və innovativ həlləri ilə müştərilərinə daim faydalı imkanlar təqdim edən Birbank daşınmaz əmlak sahibləri üçün sərfəli imkanlar yaradır. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış və qeyri-yaşayış sahələri alanlar ödəmiş olduqları ƏDV-nin 30%-ni geri ala bilərlər.

Digər
Birbank Bahar Lotereyası başlayır: superpriz “Toyota Corolla” avtomobili
Birbank bu baharı müştəriləri üçün unudulmaz edir. Belə ki, 11 mart-15 may 2025-ci il tarixləri arasında Birbank-da onlayn kanallardan nağd kredit və ya kredit kartı əldə edən müştərilər stimullaşdırıcı “Birbank Bahar Lotereyası”-na qoşulurlar.

Digər
Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi
Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verildi. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

Digər
Birbank Biznes-in “Hər İşdə Birinci Qadınlar” yarmarkası başa çatdı
Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi.

Digər
Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
