Logo
    main-post-cover

    İsveçrədə iPhone NFC ilə bağlı araşdırma başladılıb

    Digər
    12.12.2025
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, İsveçrənin Rəqabət Komissiyası (COMCO) Apple şirkətinin iPhone-larda NFC texnologiyasına üçüncü tərəf şirkətlərin çıxışı ilə bağlı tətbiq etdiyi şərtləri araşdırmağa başlayıb. Araşdırmanın əsas məqsədi Apple Pay-dən başqa mobil ödəniş tətbiqlərinin bazarda real və effektiv şəkildə rəqabət apara bilib-bilmədiyini müəyyənləşdirməkdir.
        Xatırladaq ki, 2024-cü ilin iyun ayında Avropa İttifaqı Apple-ı NFC əsaslı ödəniş sistemlərini rəqiblərə açmağa məcbur edib. Bundan sonra Apple 2024-cü ilin avqustunda ABŞ, Kanada və Yaponiya da daxil olmaqla bir sıra ölkələrdə oxşar imkanlar yaradıb.
        COMCO bildirir ki, Apple ilə 2024-cü ilin əvvəlindən aparılan dialoqdan sonra İsveçrədə fəaliyyət göstərən şirkətlər iPhone NFC texnologiyasına çıxış əldə ediblər. Lakin bu girişin şərtləri Avropa İqtisadi Zonasında tətbiq olunan qaydalardan fərqlənir və İsveçrənin antimonopoliya qanunvericiliyinə uyğun olmaya bilər. Qeyd edək ki, Apple 2025-ci ilin mart ayında İsveçrədə iPhone üçün NFC əsaslı “Tap to Pay” funksiyasını da istifadəyə verib. Bu isə tənzimləyicilərin diqqətini daha da artıran amillərdən biri kimi qiymətləndirilir.
     
    Paylaş