
“Kontakt” artıq Naxçıvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Digər
19.03.2025
Emil
Gözlənən gün gəldi: sevindirən şəbəkə “Kontakt” artıq Naxçıvan əhalisinə elə öz yurdlarında xidmətə başladı. Belə ki, şəbəkə ilin əvvəlindən elan etdiyi Naxçıvanda ilk mağazasının qapılarını nəhayət ki, müştərilərinin üzünə açdı. Üstəlik, Naxçıvan sakinlərinin həyəcanla gözlədiyi bu mağazada açılış böyük - 60%-dək endirimlərlə qeyd olunur.
RAHAT MAĞAZA, GENİŞ İSTİFADƏ İMKANLARI
Şəhərin mərkəzində - məşhur Saat Meydanının yaxınlığında yerləşən bu yeni mağazada rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlar, mebel, ev tekstilinə aid 30000-dən çox məhsul çeşidi təqdim edilir. Ümumilikdə, 1200 m2 sahədə xidmət göstərən mağazada sizə lazım olan hər şeyi asanlıqla tapa biləcəksiniz.
AÇILIŞA ÖZƏL FÜRSƏTLƏR: 60%-DƏK ENDİRİM
Burada mağaza İndi isə gələk ən maraqlı hissəyə: “Kontakt” Naxçıvan mağazasının açılışına özəl olaraq böyük endirimli kampaniya başladıb. Belə ki, yalnız burada martın 31-dək seçdiyiniz məhsulları nağd alışda 60%-dək endirimlə əldə edə bilərsiniz. Və kampaniya bu endirimlə də bitmir: endirimlə seçdiyiniz o məhsulların elə endirimli qiymətini 24 ayadək bölüb hissəli ödəniş imkanı ilə də əldə etmək mümkündür.
Misal üçün:
- 128 Gb-lıq iPhone 13 smartfonunu 1450 yox, 1150 manata;
- 127 sm diaqonallı 4K smart texnologiyalı Samsung televizorunu 1700 yox, 1000 manata;
- 15 nəfərlik tutuma malik Beko qabyuyanını 1100 yox, 660 manata;
- 311 lt həcmə malik Samsung soyuducusunu 1700 yox, 900 manata;
- Baza və yataq mexanizmli Sədəf divanını isə 600 yox, 350 manata almaqla, qazanclı çıxa bilərsiniz.
Bu və bunun kimi bir çox endirimli məhsulları – bir mərkəzdən əldə etməyin artıq vaxtıdır. İndi, Naxçıvan sakinləri üçün seçimlər daha çox, imkanlar isə daha genişdir. Odur ki, Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşən “Kontakt” mağazasında sizi endirim və sevinc dolu anlar gözləyir.
Qeyd edək ki, “Kontakt” bir ildən artıq müddətdir ki, Naxçıvanın istənilən bölgəsinə çatdırılma xidməti göstərir. Beləliklə, mağaza ilə yanaşı, həm də kontakt.az saytı vasitəsilə onlayn çatdırılma xidmətindən istifadə edə bilərsiniz.
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Paylaş
Bənzər xəbərlər

Digər
“Kontakt”da Novruz sevinci – NAĞD ALIŞA 50%-DƏK ENDİRİM
Novruz gəlir, bu o deməkdir ki, baharın oyanışı ilə hər şey yenilənir: təbiət, insanın arzuları, və… əlbəttə ki, qiymətlər! Bu bahar “Kontakt” da öz ənənəsinə sadiq qalır və “Sevindirmək adətimizdir” deyib alıcılarını 50%-dək xüsusi endirimlərlə qarşılayır.

Digər
“Kontakt”da “8 Mart”a özəl kampaniya – 50%-DƏK ENDİRİM
Sevindirən şəbəkə “Kontakt” bu il “8 Mart”a özəl kampaniya ilə seçimi siz alıcılara buraxır. Belə ki, şəbəkə “Seçimini özün et” deyərək nağd alışda 50%-dək endirim kampaniyası ilə hər kəsin ürəyindən xəbər verir.

Digər
“Kontakt” bank xidmətləri göstərəcək
Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bank xidmətləri göstərməyə başlayır. Şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqi ilə artıq ən innovativ bank xidmətlərindən və xüsusi imtiyazlar verən loyallıq proqramından yararlana biləcəksiniz.

Digər
“Kontakt”ın “Super günlər”ində -70%-dək endirim – YALNIZ 3 GÜN
"Kontakt" mağazalar şəbəkəsində böyük maraqla gözlənən 70%-dək endirimli “Super günlər”i nəhayət ki, yenidən başladı! Şəbəkənin bu kampaniyasında evinizə və şəxsi istifadənizə lazım olan məhsullara nağd alışda -70%-dək endirimlər var.

Digər
“Kontakt”dan “Hissə-hissə ödə” kampaniyası – ENDİRİMLİ QİYMƏTİ 24 AYADƏK BÖL
Sevindirən şəbəkə “Kontakt”ın hissəli alış şərtlərində unikal yenilik var. Belə ki, şəbəkənin yeni “Hissə-hissə ödə” kampaniyasında istədiyiniz məhsulu nağd alışda 50%-dək endirimlə almaqla yanaşı, ən əsası məhsulun elə endirimli qiymətini 24 ayadək bölüb rahat ödəyə bilərsiniz.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
