
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
Digər
28.02.2025
Emil
Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində Rumıniyada IX “Info1cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.
Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.
Paylaş
Bənzər xəbərlər

Digər
10 tələbə Azercell-dən təqaüd qazanıb
Şirkət “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini elan edib

Digər
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
“Təhlükəsiz internet” layihəsinin növbəti mərhələsi başa çatdı

Digər
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Azərbaycanın milli komandası 2024-cü ildə İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda yüksək nəticələr nümayiş etdirərək ölkəmizə 9 medal qazandırıb. Şagirdlər nüfuzlu müsabiqələrdə 1 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər.

Digər
Azercell qadınların təhsil imkanlarını genişləndirən layihəyə dəstək oldu
“Huma Quşu” təhsilə yardım fondu Azercell-in dəstəyi ilə qadınlar üçün təqaüd proqramını elan edir

Digər
“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
Azercell-in təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən xidmət 1500-dən çox qadına dəstək olub
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
