Logo
    main-post-cover

    Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir

    Digər
    13.05.2025
    Emil
        Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə yanaşmaq kimi nəcib dəyərləri yaşadan və təbliğ edən Qırmızı Ürəklər Fondu “Qurban payı” ianə aksiyasına start verir. 6-7 iyun Qurban bayramı münasibəti ilə təşkil edilən layihə çərçivəsində xeyirxah insanların ianələri hesabına toplanan vəsait ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün qurban payına çevriləcək.
        Aksiyaya qoşulmaq, daha çox ailəyə bayram sevinci yaşatmaq üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən və Birbank mobil tətbiqindən müvafiq olaraq ianə etmək mümkündür.
    - Redhearts veb-saytı: https://kbl.az/qrbnpyi
    - Birbank mobil tətbiqi: https://bit.ly/BIRBNK 
        Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
    Paylaş
    Bənzər xəbərlər
    kapital-bank-in-30-000-000-manat-hecminde-istiqraznin-abune-yazilisi-basladi
    Digər

    Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı

    7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat  həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib.
    birbank-private-beynelxalq-international-investor-nesri-terefinden-best-private-banking-azerbaijan-mukafatina-layiq-goruldu
    Digər

    Birbank Private beynəlxalq “International Investor” nəşri tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

    Fərdi yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən 2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb.
    qirmizi-urekler-fondu-2025-ci-ilin-ilk-rubu-uzre-hesabat-aciqlayib
    Digər

    Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

    2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. “Cəmiyyət”,  “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir.
    kapital-bank-emekdaslari-kutlevi-agacekme-aksiyasinda-istirak-edibler
    Digər

    Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər

    Kapital Bank əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
    kapital-bank-in-desteyi-ile-kecirilen-muellimler-ucun-ne-harada-ne-zaman-oyunu-uzre-respublika-cempionati-yekunlasdi
    Digər

    Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı

    Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 2020ci ildən həyata keçirilən çempionat Kapital Bank-ın dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib.