Texas baş prokuroru Shein-ə qarşı araşdırma başladıb
Digər
02.12.2025
Sevinc
Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Texas Baş Prokuroru Ken Paxton məşhur onlayn geyim platforması Shein-ə qarşı rəsmən araşdırma başladıb. Araşdırmanın məqsədi şirkətin əmək qanunvericiliyinə əməl edib-etmədiyini, məhsul təhlükəsizliyi standartlarını pozub-pozmadığını və istehlakçıları təhlükəsizlik və etik istehsal barədə yanıltmasını araşdırmaqdır.
Baş prokurorluğun açıqlamasına görə, Shein məhsullarında zərərli və ya toksik materiallardan istifadə edilib-edilmədiyi, şirkətin istehsal mənbələri barədə məlumatları düzgün təqdim edib-etmədiyi yoxlanılacaq. Bundan əlavə, araşdırma Shein-in istifadəçi məlumatlarını necə topladığı və məxfilik sahəsində mümkün pozuntularını da əhatə edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar