8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır.
Cihazlar+
16.11.2025
Farid
7 noyabr 2025 tarixində yeni HONOR X9d smartfonunun Azərbaycanda rəsmi satışı başladı. Bu model rekord göstəriciyə malik 8300 mAh silikon-karbon batareyası ilə təchiz edilmiş möhkəm cihazdır. HONOR X9d qabaqcıl texnologiyaları, gücləndirilmiş korpusu, yüksək qoruma sistemi və gündəlik istifadə üçün ağıllı funksiyaları özündə birləşdirir.
8300 mAh güclü batareya sayəsində tam şarj ilə smartfonu üç günə qədər işlətmək mümkündür. 66 Vt HONOR SuperCharge texnologiyası isə cihazın enerjisini qısa zamanda bərpa etməyə imkan verir. Smartfon altı il istifadə olunduqdan sonra belə tutumunun 80%-ni qoruyur. -30°C-dən +55°C-yə qədər olan temperatur şəraitində sabit işləyir.
108 MP əsas kamera, 1/1,67 düymlük böyük sensor və OIS+EIS sabitləşdirmə sistemi ilə istənilən işıq şəraitində aydın və parlaq kadrlar çəkməyə imkan verir. İstifadəçilər üçün AI silgi (AI Eraser), AI şəkil keyfiyyətinin artırılması (AI Upscale), və əksin silinməsi (AI Reflection Removal) kimi ağıllı redaktə alətləri də mövcuddur.
6,79 düymlük AMOLED ekran 1.5K təsvir ölçüsü, 120 Hz yenilənmə tezliyi və 6000 nit pik parlaqlıq səviyyəsi ilə möhtəşəm görüntü keyfiyyəti təqdim edir. HONOR Eye-Comfort texnologiyası və 3840 Hz PWM sayəsində isə gözləriniz qorunma altındadır.
Smartfon Snapdragon 6 Gen 4 prosessoru ilə yüksək performans təmin edir və Android 15 MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz olunub. 8+256 GB və 12+256 GB yaddaş konfiqurasiyaları mövcuddur, həmçinin HONOR RAM Turbo texnologiyası sayəsində tətbiqlərin işləməsi daha hamar və sürətli olur.
HONOR X9d aşağıdakı rənglərdə təqdim olunur: Qırmızımtıl Qəhvəyi, Gecəyarı Qarası və Meşə Yaşılı. Modeli İrshad, Soliton, Kontakt Home, Smart Electronics, Digital Home, Barkod, World Telecom, Birmarket mağazalarından və Azercell, Bakcell və Nar rəsmi dilerlərindən əldə edə bilərsiniz.
Qiymət — 8+256 GB versiyası üçün 799,99 AZN, 12+256 GB versiyası üçün isə 899,99 AZN. 7 noyabr – 31 dekabr tarixləri arasında alınan və alışdan sonrakı 6 ay ərzində aktivləşdirilən smartfonlara əlavə ekran zəmanət təklif olunur. Təklifə alışdan sonra altı ay ərzində ekranın təmiri və ya bir dəfə dəyişdirilməsi xidməti daxildir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Honor Robot Phone adlı konsept smartfonu sərgilənib (VİDEO)
Yeni Honor Magic 8 flaqman smartfonlarının təqdimatı çərçivəsində Honor şirkəti Robot Phone adlanan konsept smartfonunu sərgiləyib. Cihazın əsas xüsusiyyəti qatlana bilən mexaniki manipulyatora bərkidilmiş kameradır.
Cihazlar+
Honor Watch 5 Pro ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Watch 5 Pro adlı yeni ağıllı saatını təqdim edib. Honor Watch 5 Pro özündə dairəvi gövdə dizaynını birləşdirir.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyası ilə yanaşı MagicPad 3 Pro adlı flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni flaqman planşeti böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Cihazlar+
Honor Magic 8 və Magic 8 Pro flaqman smartfonları təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor Magic 8 flaqman smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub: Honor Magic 8 və Magic 8 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər.
Cihazlar+
Honor MagicPad 3 Pro flaqman planşetinin təqdimatı anons edilib
Honor şirkəti öz yeni flaqman planşetinin təqdimatını anons edib. Söhbət, MagicPad 3 Pro-dan gedir.
Ən çox oxunanlar


