Logo
    main-post-cover

    Amazon Alexa+ üçün yeni alış-veriş funksiyalarını istifadəyə verdi

    Cihazlar+
    09.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon generativ süni intellektlə dəstəklənən yeni Alexa+ versiyasına alış-verişi daha da rahatlaşdıran əlavə funksiyalar gətirir. Şirkət ilk gündən Alexa üzərindən alış-veriş imkanları təklif etsə də, indi bu prosesi daha ağıllı və avtomatik hala salır.
        Yeni funksiyalardan ən diqqətçəkəni “qiymət izləmə” xüsusiyyətidir. Siz Alexa+-a almaq istədiyiniz məhsulun adını və ödəməyə hazır olduğunuz maksimum məbləği deyirsiniz. Məhsul həmin qiymətdən aşağı düşən kimi Alexa+ avtomatik olaraq sifarişi rəsmiləşdirir və sizin standart ödəniş üsulunuzla çatdırılma ünvanınıza göndərilir. Alexa+ həmçinin səbətinizdə və istək siyahınızdakı məhsulları da endirim üçün izləyir. Bununla belə, bir müddət evdə olmayacağınız zaman bu funksiyanı söndürmək tövsiyə olunur.
        Alexa+ istifadəçiləri üçün istifadəyə verilən digər yenilik “Shopping Essentials” panelidir. Echo Show 15 və 21 cihazlarında real vaxtda sifariş izləmə, son alışlar, yenilənməsi lazım olan ev əşyaları, saxlanılmış məhsullar və alış-veriş siyahısı kimi məlumatları ekrandan izləmək mümkündür. İstifadəçi ekrana toxunaraq məhsullar barədə daha çox məlumat ala, onları səbətə əlavə edə və sifarişi tamamlayaraq alış-verişi dərhal həyata keçirə bilər. Tezliklə bu panel üçün xüsusi widget da ana ekrana əlavə edilə biləcək.
    Paylaş