Logo
    main-post-cover

    Apple 599$-dan satılacaq büdcəli MacBook-u satışa çıxaracaq

    Cihazlar+
    12.08.2025
    Emil
         Apple bu il qiyməti 599$-dan başlayan büdcəli MacBook modelini satışa çıxartmağı planlaşdırır. Məlumata görə, bəzi komponentlərin kütləvi istehsalına 2025-ci ilin üçüncü rübünün sonuna doğru başlanacaq, noutbukların yığılması isə ilin sonuna qədər başlaya bilər. Gözlənilir ki, MacBook-un yekun yığılması dördüncü rübdə Quanta şirkətinin zavodlarında həyata keçiriləcək və noutbuk 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində satışa çıxacaq. Bu, məşhur analitik Ming-Chi Kuo-nun proqnozuna uyğundur.
         O, iyun ayında Apple-ın 13 düym ölçülü ekrana və A18 Pro prosessoruna sahib MacBook satışa çıxartmağa planlaşdırdığını bildirmişdi. Bu noutbuk, iPhone-larda istifadə olunan eyni prosessora əsaslanan ilk Mac modeli olacaq. Əvvəllər bütün Mac-lar daha çox nüvəyə, artırılmış yaddaş həcminə və xarici ekranlara daha yaxşı dəstəyə malik M seriyalı prosessorlarla təchiz edilirdi. Qeyd etmək lazımdır ki, A18 Pro prosessoru Thunderbolt-u dəstəkləmir, buna görə də yeni MacBook-un USB-C girişləri ilə təchiz olunacağı ehtimal olunur.
         Ming-Chi Kuo-nun məlumatına görə, yenilik ultra nazik və yüngül gövdəyə sahib olacaq və gümüşü, mavi, çəhrayı və sarı rənglərdə təqdim olunacaq. Məlumata əsasən, yeni MacBook-un qiyməti 599-699$ arasında olacaq. Müqayisə üçün, ABŞ-da 13 düym ölçülü ekrana sahib MacBook Air-in qiyməti 999$-dan (və ya Apple-ın tələbələr üçün təqdim etdiyi endirimlə 899$-dan) başlayır. Analitiklərin proqnozlarına görə, büdcəli MacBook-un illik tədarükü 5-7 milyon ədədə çata bilər ki, bu da ümumi MacBook satışlarını ildə 17-18 milyon ədəddən 30-40 % artırmaq potensialına malikdir.
    Paylaş
    Bənzər xəbərlər
    apple-helelik-sakit-ola-biler-trump-cin-mehsullarina-gomruk-rusumlarinin-tetbiqini-90-gunluk-texire-salib
    Tech-Biznes

    Apple hələlik sakit ola bilər: Trump Çin məhsullarına gömrük rüsumlarının tətbiqini 90 günlük təxirə salıb

    ABŞ prezidenti Donald Trump dəfələrlə vurğulayıb ki, Apple şirkəti daha çox məhsulu öz ölkəsində istehsal etməlidir. Cavab olaraq isə o, adətən, elektronika yığımı istisna olmaqla, müxtəlif fəaliyyət sahələrinə investisiyaların artırılmasına hazır olduqları barədə vədlər eşidib.
    elon-musk-apple-sirketini-mehkeme-ile-hedeleyib
    Tech-Biznes

    Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib

    Elon Musk, süni intellekt sahəsindəki startapı xAI tərəfindən hazırlanmış Grok adlı çat-bot tətbiqinin reytinqinin aşağı salınması ilə bağlı Apple-ı antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək şirkəti məhkəməyə verməklə hədələyib.
    yenilenmis-apple-siri-gelen-ilin-yaz-feslinde-istifadeye-verilmelidir
    Proqram Təminatı

    Yenilənmiş Apple Siri gələn ilin yaz fəslində istifadəyə verilməlidir

    Apple, gələn ilin yazında iOS-in yenilənməsi çərçivəsində - ehtimal ki, 26.4 versiyasında - yeni App Intents funksiyasını və səsli köməkçi Siri-nin genişmiqyaslı yeniləməsini istifadəyə verməyi planlaşdırır.
    gpt-5-apple-in-yeni-emeliyyat-sistemlerine-inteqrasiya-edilecek
    Proqram Təminatı

    GPT-5 Apple-ın yeni əməliyyat sistemlərinə inteqrasiya ediləcək

    OpenAI şirkətinin əvvəl təqdim etdiyi GPT-5 süni intellekt modelinin Apple Intelligence ekosistemində dəstəyi iOS 26, iPadOS 26 və macOS Tahoe 26 əməliyyat sistemlərinin buraxılışı ilə istifadəyə veriləcək.
    suni-intellekt-mutexessisleri-kutlevi-sekilde-apple-sirketini-terk-edirler
    Tech-Biznes

    Süni intellekt mütəxəssisləri kütləvi şəkildə Apple şirkətini tərk edirlər

    Apple süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin kütləvi axını ilə üzləşir. İlin əvvəlindən bəri şirkətdən təxminən 10 nəfər ayrılıb, onların arasında aparıcı mütəxəssislər və tədqiqatçılar da var.