Logo
    main-post-cover

    Bu il təqdim olunacaq Honor Magic 8 Pro-nun kamera göstəriciləri açıqlanıb

    Cihazlar+
    29.04.2025
    Emil
         Honor 2024-cü ilin oktyabr ayında Magic 7 Pro smartfonunu təqdim etmişdi. Lakin şirkət artıq onun davamçısı olacaq Magic 8 Pro üzərində artıq çalışır. Çindən əldə edilmiş ilkin məlumatlara görə, yeni model təkmilləşdirilmiş kamera və güclü texniki göstəricilərlə təchiz olunacaq. Ən böyük yeniliklərdən biri isə kameralarla bağlı olacaq. Magic 8 Pro modelinin üçlü arxa kamera sisteminə sahib olacağı gözlənilir. 50 MP-lik Əsas sensor, 50 MP-lik ultra genişbucaqlı obyektiv və 200 MP-lik periskopik teleobyektiv.
         Bu konfiqurasiya Magic 7 Pro ilə oxşarlıq təşkil etsə də, əsas kameranın ciddi şəkildə təkmilləşdiriləcəyi ehtimal olunur. Hələlik kamera sensorunun eyni qalacağı - 1/1.3 tipli - nəzərə alınarsa, aparat təminatında dəyişiklik olub-olmayacağı məlum deyil. Bununla belə, gözlənilir ki, Magic 8 Pro kamerası daha hamar kadr keçidləri, yaxşılaşdırılmış fokuslama sürəti, optimallaşdırılmış dinamik diapazon və azaldılmış enerji sərfiyyatı ilə fərqlənəcək. Prosessora gəlincə, ehtimal olunur ki, Magic 8 Pro növbəti nəsil Qualcomm prosessoru - Snapdragon 8 Elite 2 və ya onun başqa bir versiyası ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər
    orta-budceli-honor-x70i-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta büdcəli Honor X70i smartfonu təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X70i-dan gedir. Honor-un bu yeni smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    honor-band-10-smart-qolbagi-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Honor Band 10 smart qolbağı təqdim olunub - QİYMƏTİ

    Honor şirkəti Honor Band 10 adlı yeni büdcəli smart qolbağını təqdim edib. bu yeni smart qolbaq iki versiyada təklif olunur. Adi və NFC-yə sahib versiya.
    orta-seviyyeli-honor-pad-gt-planseti-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Orta səviyyəli Honor Pad GT planşeti təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti Honor GT Pro flaqman smartfonu ilə kifayətlənməyərək həmçinin orta səviyyəli yeni planşetini də təqdim edib. Söhbət, Honor Pad GT-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib.
    honor-gt-pro-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Honor GT Pro flaqman smartfonu təqdim edilib - QİYMəti

    Honor şirkəti öz yeni flaqman smartfonu Honor GT Pro-nu təqdim edib. Keçən ilin dekabr ayında təqdim edilmiş Honor GT-nin davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan böyük həcmli batareyanı əldə edib.
    orta-budceli-honor-x60-gt-smartfonu-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub - QİYMƏTİ

    Honor şirkəti Honor X60 GT adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, 2022-ci ilin flaqman Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.