
Büdcəli Huawei MateView SE Standard Edition monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.05.2025
Emil
Huawei şirkəti gündəlik ofis işlərinin görülməsinə istiqamətlənmiş büdcəli monitorunu təqdim edib. Söhbət, Huawei MateView SE Standard Edition-dan gedir. Beləliklə şirkətin bu yeni büdcəli monitoru 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə HDMI 1.4 və DisplayPort 1.2 girişlərini birləşdirir. Huawei MateView SE Standard Edition artıq Çində satışa çıxıb və onun qiyməti 55$ təşkil edir. Monitorun Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub
Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.

Cihazlar+
Huawei MateBook Pro noutbuku təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MateBook Pro adlı yeni noutbukunu təqdim edib. Şirkətin bu yeni noutbuku ilk növbədə nazik və yüngül gövdəsi ilə seçilir.

Cihazlar+
Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
Huawei şirkəti MateBook Fold ULTIMATE adlı qatlana bilən noutbukunu təqdim edib. Bu noutbuk dünyanın ən böyük ekranlı noutbuku adına namizəddir.

Cihazlar+
Huawei nova 14, nova 14 Pro və nova 14 Ultra təqdim olunub - QİYMƏTİ
Huawei şirkəti nova 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya Huawei nova 14, nova 14 Pro və nova 14 Ultra modelləri daxildir. Bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onlar texniki imkanlar üzrə fərqlənirlər.

Proqram Təminatı
ABŞ hökuməti Huawei HarmonyOS-in qlobal yayılmasını dayandırmaq istəyir
ABŞ Nümayəndələr Palatasının iki üzvü administrasiyaya məktub ünvanlayaraq müttəfiqlərlə birlikdə Huawei şirkətinin HarmonyOS əməliyyat sisteminin Çin xaricində yayılmasının qarşısını almağa çağırıblar.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
