
Büdcəli REDMI A27Q 2026 monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.09.2025
Emil
Xiaomi-nin REDMI brendi öz yeni büdcəli monitorunu təqdim edib. Brendin yeni büdcəli monitoru REDMI A27Q 2026 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. REDMI A27Q 2026 artıq Çində satışa çıxıb və onun qiyməti 112$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Xiaomi-nin yeni flaqman smartfon seriyası Xiaomi 17 adlanacaq
Xiaomi bu ayın sonuna kimi öz yeni flaqman smartfon seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, şirkətin yeni flaqman smartfon seriyası Xiaomi 16 olacaq.

Cihazlar+
Xiaomi Pad 8 Pro planşeti Geekbench testlərindən keçib
Xiaomi şirkəti yaxın zamanda Xiaomi Pad 8 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi Pad 8 Pro olmalıdır.

Cihazlar+
2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə.

Cihazlar+
REDMI 15R 5G-nin render fotosu və texniki imkanları ortaya çıxıb
Xiaomi-nin REDMI brendi büdcəli REDMI 15R 5G smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun render fotosu və texniki imkanları ortaya çıxıb.

Cihazlar+
Xiaomi 16 Pro Max-ın real fotoları ortaya çıxıb
Xiaomi yaxın zamanda Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Son məlumat sızıntılarına inansaq, sözügedən seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 16 Pro Max olacaq.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
