
Dizaynerlər və kontent yaradıcıları üçün LG 32UN880K monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
14.07.2025
Emil
LG şirkəti dizaynerlər və kontent yaradıcıları üçün nəzərdə tutulmuş yeni böyük ölçülü monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG 32UN880K adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3480x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. LG-nin bu yeni monitorunun əsas özəlliklərindən biri də odur ki, o, macOS cihazlarının qoşulmasını dəstəkləyir. Monitor HDMI, DisplayPort 1.4, USB-C girişlərini və iki ədəd səsgücləndiricini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 60 vatt çıxış gücünə sahibdir. LG 32UN880K artıq Çində satışa çıxıb və onun qiyməti 474$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
LG smartfonlarında sistemi yeniləmək üçün son şans
Artıq 4 ildən bir qədər çox vaxt keçib ki, LG smartfon bazarından çıxdığını elan edib və indi bu şirkətin smartfonları üçün nəzərdə tutulmuş son yeniləmələrin verilməsi müddəti də başa çatır.

Cihazlar+
Böyük ölçülü LG UltraGear OLED 45GX90SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear OLED 45GX90SA adlanır.

Cihazlar+
LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG UltraGear 45GX950A-B adlanır. Bu monitor iki rejimdə çalışması ilə seçilir.

Cihazlar+
LG UltraGear 32G810SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru UltraGear seriyasına daxildir və UltraGear 32G810SA adlanır.

Cihazlar+
LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
LG şirkəti UltraGear gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni monitoru LG UltraGear 27G850A-B adlanır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
