Google jestlə idarəetmə funksiyasını geri gətirir
Cihazlar+
12.12.2025
Sevinc
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, Google uzun müddətdir unudulmuş jestlə idarəetmə funksiyalarını yenidən ağıllı saatlarına gətirir. Lakin bu yenilik yalnız ən yeni model olan Pixel Watch 4 istifadəçiləri üçün əlçatan olacaq.
Yeniləmədən sonra Pixel Watch 4 Apple Watch-da olduğu kimi “iki barmaqla sıxma” (double pinch) jestini dəstəkləyəcək. İstifadəçilər baş və şəhadət barmaqlarını birləşdirərək zənglərə cavab verə, zəngi bitirə, taymerləri dayandıra və digər əsas funksiyaları idarə edə biləcəklər. Sistem uyğun hallarda bu jestdən istifadə edilə biləcəyini ekranda da göstərəcək. Əvvəllər Google-un ağıllı saatlarında biləyi tez çevirməklə siyahılar arasında gəzmək mümkün idi. Yeni sistemdə isə bu hərəkət ekrandakı məzmunu bağlamaq üçün istifadə olunacaq. Məsələn, bildirişi silmək və ya gələn zəngi rədd etmək bu jestlə mümkün olacaq.
Maraqlısı odur ki, Pixel Watch 3 bu jest dəstəyini almayacaq. Halbuki texniki baxımdan Pixel Watch 3 demək olar ki, eyni prosessora və sensorlara malikdir. Pixel Watch 4-ün əsas fərqi onun daha təkmilləşdirilmiş, təmirə uyğun korpus dizaynıdır. Google bu məhdudiyyətin səbəbini açıqlamayıb və bu addımın yeni modeli daha cəlbedici göstərmək üçün atıldığı ehtimal olunur.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Google Pixel Watch 4 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
Google şirkəti Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və qatlana bilən Pixel 10 Pro Fold smartfonları ilə yanaşı yeni ağıllı saatını da təqdim edib. Söhbət, Pixel Watch 4-dən gedir.
Cihazlar+
Google Pixel Watch 4 ağıllı saatının yeni render fotoları ortaya çıxıb
Google şirkəti 20 avqust tarixində Made by Google tədbirini keçirəcək. Bu tədbir çərçivəsində şirkət Pixel 10 smartfon seriyasını və Pixel Watch 4 ağıllı saatını təqdim edəcək.
Cihazlar+
Təqdimata hazırlaşan Google Pixel Watch 4-ün texniki imkanları ortaya çıxıb
Google artıq Made by Google adlı tədbirinin keçiriləcəyi tarixi açıqlayıb. Tədbir 20 avqust tarixində baş tutacaq. Sözügedən tədbir çərçivəsində Pixel 10 smartfon seriyası ilə yanaşı Pixel Watch 4 ağıllı saatı da təqdim olunmalıdır.
Cihazlar+
Google Pixel Watch 4 smart saatının ilk render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birgə Google Pixel Watch 4 smart saatının ilk render fotolarını təqdim edib.
Ən çox oxunanlar