Logo
    main-post-cover

    iPhone 19 Pro “cəsarətli” yeni dizaynı əldə edəcək

    Cihazlar+
    07.04.2025
    Emil
         Ortaya çıxmış yeni məlumata əsasən 2027-ci ildə təqdimatı gözlənilən iPhone 19 Pro smartfonu “cəsarətli” yeni dizaynı əldə edəcək. Bu barədə Bloomberg-in məşhur insayderi Mark Gurman məlumat verib. Xəbərdə qeyd olunur ki, əgər şirkətin planları dəyişməzsə, iPhone 19 Pro-nun görünüşü Apple-ın sabiq baş dizayneri Jony Ive-ın görmək istədiyi dizayna maksimal dərəcədə uyğun olacaq. O, uzun müddətdir ki, “bütöv şüşə vərəqi kimi görünən” bir iPhone-un yaradılmasının tərəfdarı olub.
         Bu konsepsiya iPhone X modelinin çıxışı ilə daha da aydın şəkildə ortaya çıxmışdı. Son illərdə Apple daha qalın və az zərif iPhone modelləri təqdim etsə də, indi görünür ki, şirkət Jony Ive-ın bəyənə biləcəyi bir dizayn istiqamətinə doğru irəliləyir. Bu dəyişiklik bu ilin ikinci yarısında ultranazik iPhone 17 Air modelinin təqdimatı ilə başlayacaq və növbəti ildə - Apple smartfonları üçün yubiley ili olacaq 2026-cı ildə - davam edəcək.
         “Lakin iPhone-un 20 illik yubileyi münasibətilə şirkət böyük bir dəyişiklik hazırlayır. Buraya qatlana bilən versiya və daha geniş şəkildə şüşədən istifadə ediləcək cəsarətli yeni Pro modeli daxildir” - deyə Gurman-ın məlumatında bildirilir. Çox güman ki, əksər insanlar üçün daha çox şüşədən ibarət iPhone dayanıqlılıq və təmir baxımından problem kimi görünə bilər. Lakin Apple baxımından bu addım tamamilə məntiqli ola bilər, xüsusilə də iPhone-un 20 illik yubileyi ilində alıcılara yeni bir şey təklif etmək məqsədilə. Təəssüf ki, Gurman-ın məlumatında iPhone 19 Pro-nun dizaynına dair digər xüsusiyyətlər qeyd olunmayıb.
    Mənbə: 9to5mac
    Paylaş