Logo
    main-post-cover

    iPhone Air gündəlik istifadə üçün uyğun deyil?

    Cihazlar+
    12.12.2025
    Sevinc
        Apple-in yeni iPhone Air modeli incə və yüngül gövdəsi ilə çoxlarını cəlb edir. Lakin cihazın bu dizayn uğuru ciddi bir problem ilə üzləşib: zəif audio. Technote.az “CNET” platformasına istinadən bildirir ki, təkcə kamera sayının azlığı və ya orta səviyyəli batareya deyil, məhz tək dinamikin yaratdığı keyfiyyətsiz səs təcrübəsi istifadəçiləri cihazdan uzaqlaşdırır.
        Müəllif iPhone Air-i bir ay əsas telefon kimi istifadə edərkən cihazın bəzi məhdudiyyətlərinə hazır olduğunu deyir. Tək kamera və orta batareya resursu onun üçün böyük problem yaratmayıb. Hətta 48 MP-lik əsas kameranın performansı gündəlik çəkilişlər üçün kifayət qədər yaxşı olub.
        iPhone Air-in əsas cazibəsi böyük ekranı yüngül korpusda təqdim etməsidir. Cəmi 165 qramlıq çəki ilə bu model iPhone 17 Pro Max-dan 68 qram daha yüngüldür və uzun müddət istifadə zamanı bilək yorğunluğunu hiss olunacaq dərəcədə azaldır. Lakin istifadəçi təcrübəsini ən çox korlayan məhz səsdir. iPhone Air yalnız bir dinamikdən istifadə edir və o həm danışıq üçün qulaqlıq rolunu oynayır, həm də multimedia dinamikidir. Bu isə səsin həm zəif, həm də boğuq gəlməsinə səbəb olur. Videozənglər zamanı xüsusilə ailə ilə WhatsApp görüntülü danışıqda səsin aydın olmaması ciddi narahatlıq yaradır. Yazıda müəllif qeyd edir ki, kamera çatışmazlığı ilə barışmaq mümkündür, amma stereo səsin olmaması gündəlik istifadədə daha böyük çatışmazlıqdır.
    Paylaş