Logo
    main-post-cover

    Kompakt ölçülü OnePlus 13T-nin ilk keyfiyyətli fotosu təqdim olunub

    Cihazlar+
    14.04.2025
    Emil
         OnePlus şirkəti yaxın zamanda kompakt ölçülü smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus 13T-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təqdimata hazırlaşan sözügedən smartfonun ilk keyfiyyətli fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, OnePlus 13T smartfonu OnePlus üçün heç də xas olmayan tamamilə yeni arxa kamera dizaynını əldə edəcək. Belə ki, kamera sahəsinin özü kvadrat formasında olacaq, lakin kameraların özləri onun daxilindəki əlavə oval formalı sahənin daxilində yerləşəcəklər. İnsayder bildirib ki, fotoda smartfon Cloud Ink Black adlı gövdə rəngində əks olunub. Gözləntilərə əsasən OnePlus 13T smartfonu 6.3 düym ölçülü ekrana sahib olacaq və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Paylaş