Logo
    main-post-cover

    Moto Watch Fit smart saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.04.2025
    Emil
         Motorola şirkəti Moto Watch Fit adlı yeni smart saatını təqdim edib. Şirkətin bu yeni smart saatı 1.9 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 3 qoruyucu şüşəsi ilə də əhatə olunub. Moto Watch Fit-in gövdəsi IP68 5 ATM standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Bu isə o deməkdir ki, smart saatı hovuzda üzən zaman rahatlıqla istifadə etmək olar. Smart saat ürətk döyüntüləri ritmini və qandakı oksigen miqdarını ölçə və GPS modulu hesabına smartfona qoşulmadan qaçış və ya velosiped yürüşü zamanı qət edilmiş yolu əks etdirə bilir. Moto Watch Fit özündə 100-dən çox idman rejimini dəstəkləyir. Motorola-nın bu yeni smart saatının əsas üstünlüklərindən biri də odur ki, o, bir dəfə şarj olunandan sonra 16 gün ərzində çalışa bilir. Moto Watch Fit artıq satışa çıxıb və onun qiyməti 104 avro təşkil edir.
    Mənbə: GSMarena
    Paylaş