
Motorola Razr 60 Ultra-nın render fotoları təqdim edilib
Cihazlar+
04.04.2025
Emil
Motorola şirkəti keçən ilin iyun ayında qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra smartfonunu təqdim etmişdi. İndi isə şirkət Motorola Razr 60 Ultra-nın təqdimatına hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində təqdimata hazırlaşan Motorola Razr 60 Ultra-nın render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Motorola Razr 60 Ultra modeli xarici görünüşcə Motorola Razr 50 Ultra-dan heç də fərqlənməyəcək. Motorola Razr 50 Ultra-da olduğu kimi Motorola Razr 60 Ultra-nın yuxarı qapağının arxa hissəsini xarici ekran əhatə edəcək və xarici ekran üzərində iki ədəd kamera yerləşəcək. Son məlumat sızıntılarına inansaq, Motorola Razr 60 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 68 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.




Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli Motorola Edge 60 Fusion təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Motorola Edge 60 Fusion-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Motorola Edge 60 Fusion-un promo render fotolarını təqdim edib
Motorola şirkəti orta büdcəli Motorola Edge 60 Fusion smartfonunu təqdim etməyə hazırlaşır. Evan Blass adlı məşhur insayder öz növbəsində sözügedən smartfonun ilk promo render fotolarını təqdim edib.

Cihazlar+
Motorola Razr Ultra 2025 smartfonu Geekbench testlərindən keçib
Motorola şirkəti bu il ərzində qatlana bilən qapaqlı Motorola Razr Ultra 2025 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.

Cihazlar+
Orta büdcəli Moto G Power 2025 və Moto G 2025 smartfonları təqdim edilib - QİYMƏTİ
Motorola şirkəti yeni ildə ilik smartfonlarını təqdim edib. Söhbət, Moto G Power 2025 və Moto G 2025 adlı orta büdcəli smartfonlardan gedir. Bu yeni smartfonlar xarici görünüşcə və bəzi texniki imkanlar baxımından bir-birilərinin kopyalarıdır.

Tech-Biznes
Motorola smartfonlarına ABŞ-da qadağan qoyula bilər
ABŞ Beynəlxalq Ticarət Komissiyası (ITC) İsveçin telekommunikasiya şirkəti olan Ericsson ilə Motorola arasındakı patent mübahisəsində məhz Ericsson-un lehinə qərar çıxarıb.
Ən çox oxunanlar

İnsanabənzər robotlar arasında boks döyüşü anons edilib (VİDEO)
