OnePlus 15R modeli 8.300 mAh batareya ilə gəlir - QİYMƏTİ
Cihazlar+
01.12.2025
Sevinc
Technote.az "TechRadar" platformasına istinadən bildirir ki, OnePlus-un növbəti smartfonu şirkətin indiyədək istehsal etdiyi ən böyük batareyaya sahib ola bilər. OnePlus rəsmisi Li Jie Louis-in Weibo paylaşımında bildirdiyinə görə, OnePlus 15R, Çin bazarında OnePlus Ace 6T adı ilə tanınan model 8.300 mAh həcmində nəhəng batareya ilə təqdim olunacaq. Bu göstərici həm OnePlus 15-in 7.300 mAh-lıq batareyasını üstələyir, həm də hazırda bazarda olan əksər smartfonlardan daha böyükdür.
OnePlus güclü batareyanı gündəlik istifadə üçün nəzərdə tutulan bir modelə yerləşdirərək daha uzun işləmə müddəti vəd edir. OnePlus 15R-in enerji ilə bağlı tək üstünlüyü bununla bitmir. Şirkət bildirib ki, model 100W sürətli şarj dəstəyi ilə təchiz ediləcək. Bu, OnePlus 15-in 120W şarjından bir qədər aşağı olsa da, yenə də telefonun qısa müddətdə tam enerji yığmasını təmin edəcək gücdədir.
OnePlus-un telefon variantları hər zaman stabil xətt izləməsə də, ötən nəsildə şirkət əsas flaqmanı olan OnePlus 13-ə əlavə olaraq OnePlus 13R və OnePlus 13T modellərini də təqdim etmişdi. Bu modellər adətən müəyyən funksiyalarda ixtisarla daha sərfəli qiymətə təklif olunur. Beynəlxalq satış məhdud olsa da, OnePlus 13R qlobal bazarda təqdim edilmişdi. Mövcud məlumatlara əsasən, OnePlus 15R də beynəlxalq satışa çıxarılacaq. Telefonun rəsmi təqdimatı 17 dekabr tarixində keçiriləcək və model yüksək səviyyəli suya və toza davamlılıqla (IP reytinqi) gələcək. Qiymət baxımından isə cihazın OnePlus 13R ilə eyni səviyyədə, yəni 599 dollar civarında olması gözlənilir. Avstraliya bazarında isə satış olmayacaq.
OnePlus ayın əvvəlindən etibarən telefonla bağlı rəsmi tanıtımlara başlayıb və yaxın günlərdə cihazın bütün texniki detallarının açıqlanması gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Yeni araşdırma smartfonların uşaqlar üçün ciddi risklərini üzə çıxardı
ABŞ-də aparılan genişmiqyaslı tədqiqat 12 yaşlı 10 mindən çox yeniyetmənin məlumatlarını analiz edərək, smartfonu erkən yaşda əldə edən uşaqlarda sağlamlıq risklərinin əhəmiyyətli dərəcədə artdığını ortaya çıxarıb.
Süni İntellekt
Nvidia yaddaş strategiyasını dəyişir, serverlər smartfon yaddaşına keçir
Nvidia server yaddaşında smartfon tipli çiplərə keçir, 2026-nın sonuna qədər server yaddaşının qiymətlərinin iki dəfə artacağı gözlənilir

Elm & Texnologiya
2027-ci ildə yeni nəsil smartfonlar olacaq!
Generativ süni intellektin 2027-ci ilə qədər smartfon bazarının təxminən yarısını tutacağı gözlənilir. Bu, texnologiya dünyasında mühüm dönüş nöqtəsinə işarədir. Süni intellektə malik smartfonlar yavaş-yavaş həyatımıza daxil olmağa başlayır.
Ən çox oxunanlar