
OnePlus Pad 3R planşeti Geekbench testlərindən keçib
Cihazlar+
11.09.2025
Emil
OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad 3R-dən gedir. İndi isə məlum olub ki, bu yeni planşet Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən bu yeni planşetin prosessoru özündə 1 ədəd 3.35 GHz-lik nüvəni, 3 ədəd 3.2 GHz-lik nüvəni və 4 ədəd 2.2 GHz-lik nüvəni birləşdirir. Prosessorda qrafik imkanlardan isə ARM Mali-G615 MC6 qrafik çipi cavabdehdir. Bütün bunlar MediaTek Dimensity 8300 Ultra prosessoruna işarə edirlər. Geekbench testlərindən OnePlus Pad 3R-in 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, planşet qutudan Android 15-in əldə edəcək. Planşet Geekbench-in birnüvəli testi çərçivəsində 1305 xal, çoxnüvəli testi çərçivəsində isə 4010 xal toplayıb.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Hələ təqdim olunmamış OnePlus 15 smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub.

Cihazlar+
Büdcəli OnePlus Nord Buds 3r qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord Buds 3r adlı yeni naqilsiz qulaqlığını təqdim edib. OnePlus Nord Buds 3r 12.4 mm-lik dinamik drayverlərlə təchiz olunub və bu drayverlər titan örtüklü vibrasiya membranına malikdirlər.

Cihazlar+
Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti Nord CE5 və Nord 5 smartfonlarından əlavə olaraq OnePlus Pad Lite adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı MediaTek Helio prosessorunu əldə edib.

Cihazlar+
OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti bu ilin əvvəlində təqdim edilmiş OnePlus Watch 3 ağıllı saatının yenilənmiş versiyasını təqdim edib. Yneilənmiş versiya OnePlus Watch 3 43 mm adlanır.

Cihazlar+
Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti orta büdcəli Nord CE5-dən əlavə olaraq Nord 5 adlı subflaqman smartfonunu da təqdim edib. OnePlus Nord 5 xarici görünüşcə demək olar Nord CE5 modelinə bənzəyir və böyük ölçülü ekranı, Snapdragon prosessorunu, orta həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
