
Orta büdcəli OPPO K13s smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.09.2025
Emil
OPPO şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO K13s-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO K13s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1280 piksel keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir.

Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO K13s özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO K13s artıq Çində satışa çıxıb və onun qiyməti 210$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Orta büdcəli OPPO A6 Pro təqdim olunub - QİYMƏTİ
OPPO yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 Pro-dan gedir. Bu yeni smartfon orta ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
OPPO Find X9-un keyfiyyətli render fotosu təqdim edilib
OPPO şirkəti yaxın zamanda OPPO Find X9 flaqman smartfon seriyasını təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq adi OPPO Find X9 modelinin keyfiyyətli render fotosunu təqdim edib.

Cihazlar+
Orta büdcəli OPPO A6 GT 5G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A6 GT 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan daha böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli OPPO A5i Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, OPPO A5i Pro 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.

Cihazlar+
Orta büdcəli OPPO A6 Max smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti OPPO A6 Max adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan böyük həcmli batareyanı əldə edib.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
