Logo
    main-post-cover

    Orta büdcəli Vivo Y500 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.09.2025
    Emil
         Vivo şirkəti orta büdcəli Vivo Y500 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MedaiTek Dimensity prosessorunu və 8000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y500 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfonun gövdsəi IP69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y500 özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 8200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y500 yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 196$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş