
Philips Evnia 27M2N5901A gaming monitoru təqdib edilib - QİYMƏTİ
Cihazlar+
16.09.2025
Emil
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N5901A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K UHD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.5 millisaniyə təşkil edir. Ekran 107 milyard rəngi əks etdirir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Philips Evnia 27M2N590 gələn ayın əvvəlində satışa çıxacaq və onun qiyməti 379 avro təşkil edəcək.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Philips Evnia 27M2N8500X gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N8500X adlanır.

Cihazlar+
Philips Evnia 27M2N6801M gaming monitoru təqdim edilib
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N6801M adlanır. Beləliklə bu yeni monitor iki rejimdə çalışması ilə seçilir.

Cihazlar+
Professionallar üçün Philips Brilliance 27E3U7903 monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti professional istifadəçilər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Philips Brilliance 27E3U7903 adlanır.

Cihazlar+
Philips Evnia 24M2N5200X gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 24M2N5200X adlanır. Bu monitor ilk növbədə kiberidmançılar üçün nəzərdə tutulub. Çünki o, yüksək təsvir yenilənməsi ilə seçilir.

Cihazlar+
Philips Evnia 27M2N3800A gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3800A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
