Logo
    main-post-cover

    Philips Evnia 27M2N8800 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2025
    Emil
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N8800 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 97.6%-ni əhatə edir. Monitor özündə Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 2.1, USB 3.2 girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. Philips Evnia 27M2N8800 artıq Çində satışa çıxıb və onun qiyməti 892$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: Gizmochina
    Paylaş