
Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib
Cihazlar+
18.06.2025
Emil
Honor şirkəti növbəti qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V5-dən gedir. Beləliklə Honor tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni qatlana bilən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq. Daha əvvəlki Honor Magic V modellərində olduğu kimi Magic V5-də də olduqca nazik və yüngül gövdənin reallaşdırılacağı gözlənilir. İnsayderlərin sözlərinə inansaq, sözügedən yeni qatlana bilən smartfon 7.95 düym ölçülü daxili ekranla və 6.45 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfonun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı və özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5950 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qlobal bazarda büdcəli Honor X6c smartfonu təqdim edilib
Honor şirkəti qlobal bazarda yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X6c-dən gedir. Bu yeni büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib.

Cihazlar+
Qlobal bazarda Honor Pad 10 planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti qlobal bazarda Honor Pad 10 adlı yeni planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib.

Cihazlar+
Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
Honor şirkəti Honor 400 smartfon seriyasını təqdim edib. Bu yeni smartfon seriyasına iki mdel daxil olub. Honor 400 və Honor 400 Pro. Hər iki model xarici görünüşcə demək olar bir-birinə bənzəyir.

Cihazlar+
Təqdimata hazırlaşan Honor Tablet 10 planşetinin rəsmi fotoları təqdim edilib
Honor yaxın zamanda Honor Tablet 10 adlı yeni planşetini təqdim edəcək. Lakin təqdimatı gözləmədən şirkət sözügedən yeni planşetin ilk fotolarını təqdim edib.

Cihazlar+
Qlobal bazarda Honor 400 smartfon seriyasının təqdimatı anons edilib
Honor şirkəti qlobal bazarda Honor 400 smartfon seriyasının təqdimatını anons edib. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. Honor 400 və Honor 400 Pro.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
