
Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
Cihazlar+
14.07.2025
Emil
Samsung şirkəti payız fəslində Galaxy S25 FE smartfonunu təqdim etməlidir. İnsayderlər isə bu smartfonu Galaxy S24 FE-dən fərqləndirəcək iki vacib özəlliyi açıqlayıblar. Onların sözlərinə əsasən Galaxy S25 FE smartfonu əks olunan kontentdən asılı olaraq təsvir yenilənməsini axıcı şəkildə dəyişə biləcək LTPO ekranı əldə edəcək. Bu öz növbəsində batareya enerjisinə qənaət etməyə imkan verəcək, əsas da Always-on-Display funksiyasının istifadəsi halında. İkinci vacib özəllik isə batareyanı əhatə edəcək. Belə ki, məlumata əsasən Galaxy S25 FE daha böyük həcmli batareya ilə təchiz olunacaq. Söhbət, 4900 mAh enerji tutumlu batareya həcmindən gedir. Bununla yanaşı smartfonun sürətli şarj texnologiyasının gücü də artacaq. 25 vatt əvəzinə 45 vatt. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S25 FE smartfonu Exynos 2400 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung ağıllı sırğalar və boyunbağı üzərində çalışmış ola bilər
Ötən il Samsung ağıllı saatlardan ibarət olan taxıla bilən cihazlar seriyasını fitnes üçün nəzərdə tutulmuş ilk ağıllı üzük - Galaxy Ring ilə genişləndirdi.

Cihazlar+
Samsung Galaxy S25 FE-nin real fotosu ortaya çıxıb
Samsung bu ilin payız fəslində Galaxy S25 seriyasının növbəti modelini təqdim etməlidir. Söhbət, Galaxy S25 FE-dən gedir. İndi isə bu smartfonun mövcudluğuna dair daha bir sübut ortaya çıxıb.

Cihazlar+
Samsung Galaxy Watch Ultra 2025 təqdim olunub - QİYMƏTİ
Samsung, Galaxy Unpacked tədbirində Galaxy Watch 8 və Watch 8 Classic modelləri ilə yanaşı yenilənmiş Galaxy Watch Ultra 2025 modelini təqdim etdi. Bu model daha böyük və daha möhkəm titan gövdəsi ilə seçilir.

Cihazlar+
Samsung Galaxy Watch 8 və Watch 8 Classic təqdim edilib - QİYMƏTİ
Samsung növbəti Galaxy Unpacked təqdimatında yeni nəsil flaqman ağıllı saatlarını - Galaxy Watch 8 və Watch 8 Classic modellərini rəsmi olaraq təqdim edib. Hər iki cihaz eyni proqram və aparat platformasında işləyir, lakin bəzi fərqlərə malikdir və bir çox yeni funksiyalar təklif edir.

Cihazlar+
Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti Galaxy Unpacked tədbiri çərçivəsində yeni qatlana bilən smartfonlarını təqdim edib. Bu dəfə şirkət 2 ədəd deyil, 3 ədəd qatlana bilən smartfon təqdim edib: Galaxy Z Fold 7, Z Flip 7 və büdcəli Z Flip 7 FE.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
