
Samsung Odyssey G60F gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.09.2025
Emil
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G60F adlanır. Beləliklə bu yeni monitor 350 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Samsung Odyssey G60F artıq Çində satışa çıxıb və onun qiyməti 322$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Exynos 2600 prosessoru yeni Geekbench testlərində flaqman nəticələr sərgiləyib
Görünür, Samsung şirkəti 2 nanometrlik texnoloji prosesi sonunda mənimsəyə bilib. Qeyd etmək lazımdır ki, şirkət hal-hazırda bu texnoloji proses əsasında Exynos 2600 prosessoru üzərində çalışır.

Cihazlar+
Samsung Galaxy Tab A11 4G planşeti Geekbench testlərindən keçib
Samsung şirkəti yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy Tab A11-dən gedir. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni planşet Geekbench testlərindən keçib.

Cihazlar+
Samsung Galaxy S26 modellərinin gövdə qalınlıqları açıqlanıb
İnsayderlər Samsung-un flaqman smartfonu almağı düşünənlər üçün maraqlı insayder məlumatı yayıblar. İnsayderlərin məlumatına görə, koreyalı istehsalçı gələcək Galaxy S26 seriyasının smartfonlarının gövdələrini daha da incə edəcək.

Tech-Biznes
Ağıllı saat bazarında Huawei Apple-ı geridə qoyaraq dünya liderinə çevrilib
2025-ci ilin ikinci rübünün yekunlarına görə Huawei ilk dəfə ağıllı saat tədarükü həcminə görə Apple-ı geridə qoyaraq dünyada birinci yerə çıxıb. Bu nailiyyətdə əsas rol Çin bazarına məxsusdur, hansı ki, dünya üzrə cihaz tədarükünü illik müqayisədə 8% artırıb. Müsbət dinamikanın bərpası qlobal ağıllı saat bazarının canlanmasını göstərdi.

Cihazlar+
Samsung Galaxy S26 Ultra-nın batareya həcmi məlum olub
Bu, artıq ardıcıl 6-cı ildir ki, Samsung Ultra seriyasında belə həcmi saxlayır.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
