Logo
    main-post-cover

    Spotify musiqi videolarını ABŞ və Kanadada istifadəyə verdi

    Cihazlar+
    09.12.2025
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify nəhayət musiqi videolarını ABŞ və Kanada daxil olmaqla bir neçə əsas bazarda istifadəyə açdı. Bu funksiya keçən il bəzi ölkələrdə beta versiyada sınaqdan keçirilmişdi və indi rəsmi olaraq Premium abunəçiləri üçün əlçatandır. Artıq istifadəçilər sevdikləri mahnıları dinləyərkən “Videoya keçid et” seçimini görəcək və həmin mahnının musiqi videosunu elə həmin andan izləyə biləcəklər. İstənilən vaxt “Audiya keçid et” düyməsi ilə yenidən təkcə səs rejiminə qayıtmaq mümkündür.
    Music Videos Rolling Out in Beta to Premium Spotify Users Across Select  Markets — Spotify
        Spotify bildirir ki, videolar iOS, Android, masaüstü və TV tətbiqlərində dəstəklənəcək. Telefonu üfüqi vəziyyətə çevirdikdə video tam ekran formatında açılır və mahnılara əlavə olunan qısa Loop videoları avtomatik olaraq musiqi videosu ilə əvəzlənir. Ayın sonuna qədər ABŞ və Kanadada video yönümlü xüsusi playlistlər də aktiv olacaq. Bunlara 90’s Video Hits, Hip-Hop Throwbacks, Latin Party Hits, Country Hits və Pop Music Video Hits kimi siyahılar daxildir. Həmçinin istifadəçilərin ana ekranında şəxsi zövqə uyğun video tövsiyələri də görünəcək.
        Bu addım Spotify-ın YouTube ilə rəqabətini gücləndirəcək. Çünki YouTube həm musiqi videolarında, həm də son illərdə podkastlarda böyük üstünlüyə malikdir. Spotify isə buna cavab olaraq video podkastlar, şərhlər, sual-cavablar və sorğular kimi daha sosial funksiyalar əlavə edib. ABŞ və Kanadadan başqa, musiqi videoları bu gündən Antigua & Barbuda, Baham adaları, Barbados, Dominika, Qana, Qrenada, Guyana, Haiti, Yamayka, Uqanda və Venesuela kimi ölkələrdə də aktivdir. Braziliya və Kolumbiyada isə beta mərhələsində musiqi videoları hətta pulsuz istifadəçilərə də açıqdır.
    Paylaş