ABŞ-nin 5 şəhərində fəaliyyət göstərən Waymo sürətlə genişlənir
Nəqliyyat
09.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Alphabet-ə məxsus Waymo-nun robotaksi xidməti son aylarda kəskin şəkildə böyüyüb. Şirkət bu ilin əvvəlində həftəlik 250 min səfər etdiyini açıqlamışdı. Lakin CNBC-nin əldə etdiyi Tiger Global investor məktubu real göstəricilərin bundan daha yüksək olduğunu təsdiqləyib.
Məktuba əsasən, Waymo hazırda həftədə 450 min robotaksi səfəri həyata keçirir. Bu rəqəm cəmi altı ay ərzində demək olar ki, iki dəfə artım deməkdir. Tiger Global şirkətin ən uğurlu investisiyalarından biri kimi Waymo-nu xüsusi qeyd edib və hazırkı fond gəlirlərinin əsas hissəsinin OpenAI, Databricks və Waymo kimi şirkətlərdən gəldiyini bildirib.
Waymo hazırda Atlanta, Austin, Los-Anceles, Finiks və San-Fransisko körfəzi daxil olmaqla beş bölgədə kommersiya xidmət göstərir. Artan tələbat səbəbilə şirkət 2026-cı ildə Dallas, Denver, Hyuston, Neşvil və San-Dieqo da daxil olmaqla 12 yeni şəhərdə fəaliyyətə başlamağı planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Nəqliyyat
Robotaksilərin genişlənməsi fonunda təhlükəsizlik ilə bağlı tənqidlər artır
Son günlər avtonom nəqliyyat sahəsində ard-arda yeni elanlar verilir və robotaksi xidmətləri müxtəlif şəhərlərdə real istifadəyə doğru daha da yaxınlaşır.
Nəqliyyat
Kaliforniyada avtonom yük maşınlarına qoyulan qadağa götürülə bilər
Ştatın Avtomobil İdarəsi (DMV) ictimai magistrallarda sürücüsüz, ağırtonnajlı yük maşınlarının sınaqdan keçirilməsinə icazə verəcək yeni qaydaların yenilənmiş versiyasını açıqlayıb və bu dəyişikliklərin müzakirəsi üçün 15 günlük şərh müddəti açılıb.
Nəqliyyat
Waymo Filadelfiyada avtonom taksi sınaqlarına başlayıb
Şirkət hazırda Los Anceles, Finiks və San-Fransisko Körfəzi bölgəsində magistral yollarda avtonom taksi xidmətləri təqdim edir.
Nəqliyyat
Autolane sürücüsüz avtomobillər üçün idarəetmə sistemi qurur
Autolane özəl ərazilərdə sürücüsüz avtomobillərin dayanma və hərəkət nöqtələrini idarə edən yeni nəsil koordinasiya sistemi quraraq bu sahədə ilk olmağı hədəfləyir.
Nəqliyyat
Elon Musk Texasda Robotaksi planlarını azaldıb
Musk-ın Texas üçün elan etdiyi 500 robotaksi hədəfi reallığa uyğun gəlmir və mövcud tempə görə şirkət bu rəqəmə yaxınlaşmaqdan çox uzaqdır.
Ən çox oxunanlar