Logo
    main-post-cover

    XPeng AeroHT-un 2 uçuş aparatı havada toqquşub

    Nəqliyyat
    18.09.2025
    Emil
         Çinin Çançun şəhərində keçirilmiş aviaşouda XPeng AeroHT-un 2 ədəd təcrübi eVTOL-u (şaquli qalxış və enişə sahib elektrikli uçuş aparatı) nümayiş uçuşunun məşqi zamanı havada toqquşub. Aparatlardan birini endirmək mümkün olub, digəri isə yerə düşdükdən sonra alovlanıb. Bir nəfər xəsarət alıb. Bu, XPeng eVTOL-ları ilə baş verən ilk belə hadisədir. XPeng AeroHT şirkətinə məxsus eVTOL hadisəsi 16 sentyabr günü Çançunda, Çinin şimal-şərqində keçirilmiş aviaşouda baş verib. Nümayiş uçuşunun məşqi zamanı 2 aparat sinxron eniş yerinə yetirirdi, lakin aralarındakı məsafə çox az olduğundan havada toqquşublar.
         Aparatlardan biri uğurla eniş edib, digəri isə idarəni itirərək ciddi zədələnib və yerə düşdükdən sonra yanıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Rəsmi məlumatlara görə, onun həyatına təhlükə yoxdur. Şirkət personalı və tamaşaçılar arasında xəsarət alan olmayıb. XPeng AeroHT qəzaya dair faktı təsdiqləyib və bildirib ki, hadisə aviaşou öncəsi məşq zamanı baş verib. Hadisə yerində bütün təcili tədbirlər operativ şəkildə həyata keçirilib, toqquşmanın dəqiq səbəbləri isə araşdırma nəticəsində müəyyən olunacaq. XPeng AeroHT, 2013-cü ildə XPeng Inc. şirkətinin bölməsi kimi təsis olunub və elektriklə işləyən şaquli qalxış və eniş aparatlarının hazırlanmasında ixtisaslaşıb.
         Şirkət onları “uçan avtomobillər” kimi təqdim edir. AeroHT ən böyük tanınmasını 2021-ci ildə beşinci nəsil aparat - X2 ilə əldə edib. Xarici görünüşcə XPeng P7 EV sedanını xatırladan bu modelin təkərləri yoxdur. Artıq 2022-ci ildə XPeng AeroHT pərləri buraxaraq şaquli qalxa bilən tam funksional “uçan avtomobil”i sınaqdan keçirdi. O vaxtdan bəri şirkət elektromobil ilə birləşdirilmiş təkmilləşdirilmiş eVTOL versiyasını, həmçinin arxa hissəsində ayrıca uçuş aparatı yerləşdirilmiş güclü tamötürücülü Land Aircraft Carrier konseptini nümayiş etdirib. Qəzaya baxmayaraq, şirkətin planları dəyişməyib: Land Aircraft Carrier artıq Çində öncədən sifariş üçün əlçatandır və kütləvi istehsal 2026-cı ilə planlaşdırılıb.
    Paylaş
    Bənzər xəbərlər
    xpeng-artiq-gelen-ay-elektrikli-ucus-aparatlarinin-istehsalina-start-verecek
    Nəqliyyat

    Xpeng artıq gələn ay elektrikli uçuş aparatlarının istehsalına start verəcək

    Çin startapı XPeng elektriklə işləyən kiçik uçuş aparatları bazarında liderlərdən biri olmaq iddiasındadır. Bunun üçün onun törəmə şirkəti AeroHT Quançjouda yalnız bu texnikanın istehsalı üzrə ixtisaslaşmış müəssisə deyil, həm də onların istismarı üçün meydançalar şəbəkəsi formalaşdırır.
    xpeng-2026-ci-ilde-oz-robotaksi-xidmetini-ise-salmagi-planlasdirir
    Nəqliyyat

    Xpeng 2026-cı ildə öz robotaksi xidmətini işə salmağı planlaşdırır

    XPeng startapı kifayət qədər dinamik inkişaf edir və diqqəti yalnız elektromobillərin istehsalına və onlar üçün avtopilotun hazırlanmasına deyil, həm də elektriklə çalışan uçan aparatlara yönəldir.
    cinin-kicik-avtomobil-istehsalcilari-satis-tempi-movzusunda-byd-ni-geride-qoymaga-baslayiblar
    Nəqliyyat

    Çinin kiçik avtomobil istehsalçıları satış tempi mövzusunda BYD-ni geridə qoymağa başlayıblar

    Biznesin vertikal inteqrasiyası və istehsalın miqyası bazarda elektromobillərə dominantlıq üçün kifayət edir tezisi BYD nümunəsində artıq işləmir, çünki daha kiçik rəqiblər tanınmış dünya liderindən daha sürətlə satış həcmlərini artırmağa başlayıblar.
    pulsuz-avtopilota-sahib-xpeng-mona-m03-max-elektromobili-teqdim-edilib-qiymeti
    Nəqliyyat

    Pulsuz avtopilota sahib XPeng MONA M03 Max elektromobili təqdim edilib - QİYMƏTİ

    Çin şirkəti XPeng süni zəka əsaslı avtonom idarəetmə funksiyasına malik MONA M03 Max elektromobilinitəqdim edib. Yeni model NVIDIA Orin-X çiplərində çalışan Turing sistemi, 27 sensor və XGPT əsaslı səsli köməkçi ilə təchiz olunub və əlavə pullu abunə tələb etmədən qabaqcıl süni zəka idarəetməsinə malik ən əlçatan elektromobillərdən biri hesab olunur.
    cin-sirketleri-ucus-aparatlarinin-hazirlanmasi-uzre-yarisa-giribler
    Nəqliyyat

    Çin şirkətləri elektrikli uçuş aparatlarının hazırlanması üzrə yarışa giriblər

    İndiyədək belə görünürdü ki, Tesla-ya bənzəyən Çin şirkətlərinin yerli bazarda inkişaf yolu elektromobillərlə yanaşı insanabənzər robotların da yaradılması istiqamətində proqnozlaşdırılan şəkildə davam edir.