Logo
    main-post-cover

    Apple özünün ChatGPT analoqu üzərində çalışır

    Proqram Təminatı
    04.08.2025
    Emil
         Apple yeni Answers, Knowledge and Information adlı bölməsi üçün 10-dan çox vakansiya elan edib. Bu bölmə Siri Safari-nin təkmilləşdirilməsi ilə məşğul olacaq. Bundan əlavə, Bloomberg-in məşhur insayderi Mark Gurman-ın məlumatına görə, Apple ChatGPT-yə bənzər süni intellekt əsaslı axtarış sistemi üzərində işləməyə başlayacaq. Şirkətin planına görə, yeni süni intellekt internetdə məlumat axtara və istifadəçilərin suallarına cavab verə biləcək. Vakansiyaların təsvirində qeyd olunur ki, komanda böyük dil modelləri (LLM) üzərində işləyir və bu modellər “istifadəçilərin şəxsi məlumatlarından istifadə edərək sorğulara cavab verməli, eyni zamanda məxfilik qorunmasını prioritet tutmalıdır”.
         Xüsusilə, Apple bu istiqamətdə bir sıra mütəxəssislərlə yanaşı, Siri-nin istifadəçi şəxsi məlumatları ilə bağlı suallara daha dəqiq cavab vermə qabiliyyətini artırmaq üçün təcrübəli machine learning mühəndisi də axtarır. Məlumata görə, Apple prinsipcə yeni bir axtarış həllinin hazırlanmasının erkən mərhələsindədir. Söhbət, internet məzmununu analiz edə və ümumi suallara geniş cavablar verə bilən cavab mühərrikinin yaradılmasından gedir - bu, ChatGPT-yə bənzər bir yanaşmadır. Hətta bu funksiya üçün ayrıca bir tətbiqin buraxılması variantlardan biri kimi nəzərdən keçirilir.
         Qeyd edək ki, Apple daha əvvəl Siri-nin konteksti daha yaxşı anlayan yenilənmiş versiyasını elan etmişdi. Lakin Mark Gurman-ın məlumatına görə, tam funksional süni intellekt köməkçisi iOS 27-dən tez təqdim olunmayacaq. Cari vakansiyalar da göstərir ki, şirkət məhz böyük dil modelləri texnologiyasına maraq göstərir. Vəzifə təsvirlərində vurğulanır ki, yeni funksiyalar istifadəçilərin şəxsi məlumatları ilə işləyəcək, lakin bu zaman Apple ekosisteminin əsas üstünlüklərindən biri olan məxfilik prinsiplərinə ciddi şəkildə riayət olunacaq.
    Paylaş
    Bənzər xəbərlər
    openai-chatgpt-go-adli-daha-ucuz-tarif-planini-istifadeye-vere-biler
    Proqram Təminatı

    OpenAI ChatGPT Go adlı daha ucuz tarif planını istifadəyə verə bilər

    Görünür, OpenAI daha çevik qiymət siyasəti ilə təcrübələr aparır. Ən azı belə bir məlumat yayılıb ki, şirkət ChatGPT Go adlanan yeni və daha ucuz tarif planı üzərində işləyir.
    chatgpt-suni-intellekt-esasli-botlar-bazarinin-70-den-coxunu-ele-kecirib
    Proqram Təminatı

    ChatGPT süni intellekt əsaslı botlar bazarının 70%-dən çoxunu ələ keçirib

    Veb-analitika xidməti olan Statcounter, saytların ziyarətini izləyən və istifadəçi davranışını təhlil edən bir platforma olaraq, süni intellekt modellərinin - daha dəqiq desək, onlara əsaslanan çat-botların məşhurluğuna dair statistikanı dərc etməyə başlayıb.
    tim-cook-apple-sirketine-rehberlik-muddetine-gore-steve-jobs-un-rekordunu-qirib
    Tech-Biznes

    Tim Cook Apple şirkətinə rəhbərlik müddətinə görə Steve Jobs-un rekordunu qırıb

    Tim Cook artıq 5093 gündür ki, Apple şirkətinin baş icraçı direktoru vəzifəsini tutur - bu, Steve Jobs-dan daha uzun müddətdir. Steve Jobs isə ümumilikdə 5090 gün bu vəzifədə çalışmışdı.
    apple-3-milyardinci-iphone-nunu-satib
    Cihazlar+

    Apple 3 milyardıncı iPhone-nunu satıb

    Apple əlamətdar bir mərhələyə çatdığını qeyd edib: 2007-ci ildə ilk iPhone təqdim olunduqdan bəri şirkət ümumilikdə 3 milyard smartfon satıb.v
    apple-trump-in-gomruk-rusumlarindan-sikayetlenib
    Tech-Biznes

    Apple Trump-ın gömrük rüsumlarından şikayətlənib

    ABŞ prezidenti Donald Trump tərəfindən tətbiq olunan gömrük rüsumları Apple üçün ciddi xərclərə səbəb olub. Bu barədə şirkətin baş direktoru Tim Cook rüblük maliyyə hesabatına həsr olunmuş brifinq zamanı məlumat verib.