Logo
    main-post-cover

    ChatGPT süni intellekt əsaslı çat-botlar bazarının lideri olaraq qalır

    Proqram Təminatı
    08.09.2025
    Emil
         Süni intellekt əsaslı çat-botlar üzrə qlobal bazarda lider mövqeyi böyük fərqlə OpenAI ChatGPT qoruyur. İkinci yerdə böyük fərqlə Perplexity qərarlaşıb, lakin gümüş mükafatçının mövqelərinə getdikcə daha çox təhdid yaradan rəqib - Microsoft Copilot-dur. StatCounter statistika xidmətinin məlumatlarına görə, ChatGPT qlobal çat-bot bazarının 80.92%-nə sahibdir. Bu göstəricilər 2025-ci ilin mart-avqust ayları arasında 1.5 milyondan çox saytda 3.8 milyarddan artıq səhifə baxışına əsaslanır. ChatGPT-nin məşhurluğunun zirvəsi apreldə qeydə alınıb - o zaman platformanın qlobal auditoriyası 84.2% təşkil edib. Sonrakı aylarda göstəricilər azalsa da, çat-bot dünya auditoriyasının 4/5-dən çoxunu saxlamaqda davam edib və istənilən rəqibini xeyli qabaqlayıb.
         Formal olaraq ən yaxın rəqib Perplexity-dir, lakin onun mövqeləri qeyri-sabit görünür: mart ayında xidmətin payı 14.1% idi, iyulda bu göstərici 8%-ə düşdü, avqustda isə bir qədər bərpa olunaraq 9% təşkil etdi. Perplexity fərqlənmək üçün tədqiqatlara və aktual məlumatların inteqrasiyasına yönəlmiş süni intellekt alətləri təqdim etməyə çalışır. Lakin görünür ki, bu, ən böyük rəqiblə rəqabət aparmaq üçün kifayət deyil. Bu arada Microsoft Copilot nəzərəçarpacaq artım nümayiş etdirib. Mart ayında 0.3% payla başlayan xidmət may ayına qədər sürətlə 5%-ə yüksəlib, yayda isə 4-5 % intervalında dəyişib.
         Bu o deməkdir ki, süni intellektin WindowsOffice ekosistemlərinə fəal inteqrasiyası özünü doğruldur. ChatGPT ilə müqayisədə Copilot hələ də xeyli geri qalır, lakin davamlı artım fonunda artıq bazarda ikinci yer uğrunda Perplexity ilə rəqabət aparır. Əgər süni intellektin Microsoft məhsullarına inteqrasiyası genişlənməyə davam etsə və istifadəçi etimadı artsa, Copilot-un lider üçün ən ciddi rəqibə çevrilmək şansı var. Digər oyunçuların bazar payları isə əhəmiyyətli deyil. Google-un geniş mövcudluğuna baxmayaraq, Gemini 1.9%-3.3% aralığında qalır, DeepSeek avqustda 2.7%-ə qədər yüksəlib, Anthropic Claude isə hələ də 1.2%-i aşa bilməyib.
    Paylaş
    Bənzər xəbərlər
    openai-yaxin-illerde-oz-infrastrukturuna-115-milyard-dollar-xercleyecek
    Tech-Biznes

    OpenAI yaxın illərdə öz infrastrukturuna 115 milyard dollar xərcləyəcək

    OpenAI hələ də startap hesab edildiyi üçün şirkət qarşıdakı xərclər və gəlirlər barədə məlumatı azsaylı investorlarla olduqca məxfi şəraitdə bölüşür.
    deepseek-ilin-sonuna-kimi-suni-intellekt-agenti-funksiyalarina-sahib-yeni-modelini-teqdim-etmelidir
    Süni İntellekt

    DeepSeek ilin sonuna kimi süni intellekt agenti funksiyalarına sahib yeni modelini təqdim etməlidir

    Bloomberg-in məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, DeepSeek startapı daha təkmil süni intellekt agenti funksiyalarına malik yeni model hazırlayır.
    openai-nin-ilk-suni-intellekt-cipi-gelen-il-isiq-uzu-gorecek
    Elm & Texnologiya

    OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək

    OpenAI-nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün çip təqdim etmək niyyətinə dair şayiələr bu həftə yenidən gündəmə gəlib, çünki Broadcom şirkəti oxşar çiplərin ümumi dəyəri 10 milyard dollar olan müqavilə çərçivəsində yeni və sirli müştəriyə satılacağını açıq şəkildə etiraf edib.
    openai-linkedin-in-suni-intellekt-esasli-analoqunu-hazirlayir
    Proqram Təminatı

    OpenAI LinkedIn-in süni intellekt əsaslı analoqunu hazırlayır

    OpenAI bildirib ki, o, biznesləri və işçiləri birləşdirəcək süni intellekt əsaslı işə qəbul platforması üzərində işləyir. Bu xidmət şirkəti LinkedIn ilə birbaşa rəqabətə qoyacaq.
    chatgpt-nin-projects-funksiyasi-pulsuz-istifadeciler-ucun-elcatan-olub
    Proqram Təminatı

    ChatGPT-nin Projects funksiyası pulsuz istifadəçilər üçün əlçatan olub

    OpenAI şirkəti ChatGPT-nin pulsuz istifadəçilərinə əvvəl yalnız ödənişli abunəçilərə təqdim olunmuş Projects funksiyasına giriş imkanı verdi.