
ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
Proqram Təminatı
15.07.2025
Emil
Google şirkəti ChromeOS və Android əməliyyat sistemlərini birləşdirməyi planlaşdırdığını rəsmi şəkildə təsdiqləyib. Bu barədə ilk şayiələr hələ ötən ilin payızında yayılmışdı. Google-da Android ekosisteminin prezidenti Sameer Samat geniş bir müsahibə çərçivəsində TechRadar portalının jurnalistindən niyə Apple Watch, iPhone və MacBook istifadə etdiyini soruşub. O, sualını belə izah edib: “Bu sualı verdim, çünki biz ChromeOS və Android-i vahid platformaya birləşdirməyə hazırlaşırıq və insanların hazırda noutbuklardan necə istifadə etdikləri və onlarla nə etdikləri mənim üçün çox maraqlıdır”.

Bu, Google-un iki platformanı birləşdirmə planlarını ictimai şəkildə təsdiqlədiyi ilk haldır. Şirkət nümayəndəsi TechRadar-la söhbətində bu təşəbbüslə bağlı təfərrüatları açıqlamayıb. Lakin əvvəlki şayiələr göstərirdi ki, Google tamamilə yeni bir platforma yaratmaq əvəzinə ChromeOS-i Android-ə keçirməyi planlaşdırır. Qeyd olunası maraqlı məqam odur ki, şirkət rəhbərliyi bu təşəbbüs çərçivəsində istifadəçilərdən noutbuklardan necə istifadə etdiklərini soruşur.
Bu isə onu göstərir ki, Google layihəni rəsmi istifadəyə verməzdən əvvəl onu təkmilləşdirməyin yollarını hələ də axtarır. Google-un ChromeOS və Android əməliyyat sistemlərini birləşdirmək planlarını təsdiqləməsi, eyni zamanda Android-ə böyük ekranlarda istifadə rahatlığını artırmağa yönəlmiş bir sıra yeni funksiyaların inteqrasiyası fonunda baş verib. Bu funksiyalar arasında tam funksiyalı masaüstü rejimi, pəncərə rejimi, xarici ekranların idarə olunmasının təkmilləşdirilməsi və tətbiqlərin daha yaxşı uyğunlaşma qabiliyyəti yer alır.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google Gemini statik fotonu 8 saniyəlik səsli videoya çevirmək imkanını əldə edib
Google öz süni zəka əsaslı çat-botu Gemini-ni statik fotoları 8 saniyəlik videolara çevirməyi öyrədib. Bu funksional imkan Veo 3 adlı video modeli əsasında işləyir və videolara fon səsləri, ətraf mühit səsləri və nitq kimi audio müşayiət də əlavə edə bilir.

Təhlükəsizlik
Android-in sındırılması üzrə təhlükəli üsul aşkar edilib
Kibertəhlükəsizlik sahəsində çalışan tədqiqatçılar Android əməliyyat sistemi üçün yeni bir sındırma üsulu aşkar ediblər. Bu üsul təsdiqləmə sistemini yan keçərək hücumçulara məxfi məlumatlara çıxış imkanı verir.

Proqram Təminatı
Google Gemini mobil tətbiqlər işə qarşılıqlı əlaqə imkanını əldə edib
Google süni zəka köməkçisi Gemini ilə bağlı dəyişiklikləri tətbiq edib. Bu dəyişikliklər nəticəsində Gemini, istifadəçilər əvvəlcədən bu cür qarşılıqlı əlaqələri qadağan etmiş olsalar belə, artıq WhatsApp da daxil olmaqla üçüncü tərəf tətbiqlər ilə qarşılıqlı işləyə bilir.

Sosial Media
YouTube qeyri-leqal kontentlə zəngindir
Adalytics şirkətinin aparmış olduğu araşdırma göstərib ki, YouTube pirat məzmunun yayılması üçün əsas platformalardan biri olaraq qalır. Platformada hələ kinoteatrlarda nümayiş olunan və ya premyeraya hazırlaşan filmləri belə tapmaq mümkündür.

Proqram Təminatı
Nəşriyyatçılar süni zəka səbəbilə Google-u Avropa Komissiyasına şikayət ediblər
Müstəqil nəşriyyatçılardan ibarət bir qrup Google şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Səbəb axtarış nəticələrində yer alan süni zəka əsaslı icmalların onlara böyük dərəcədə zərər vurmasıdır.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
