
Meta Horizon Studio adlı virtual dünyaların redaktorunu təqdim edib
Proqram Təminatı
18.09.2025
Emil
Meta özünün Roblox-a bənzəyən sosial platforması Horizon Worlds-u təkmilləşdirməyə qərar verib. Ən vacib yeniliklərdən biri yeni oyun mühərriki və tərtibatçılara oyun ssenariləri yaratmağa kömək edəcək təkmilləşdirilmiş qrafikaya malik Meta Horizon Studio redaktoru olacaq. Meta Horizon Studio - virtual dünyalar yaratmağa imkan verən bir redaktordur. Tekstura və səsi daxili süni intellekt alətləri vasitəsilə generasiya etmək mümkündür. İlin sonuna qədər Meta redaktora süni intellekt köməkçisini də inteqrasiya edəcək ki, bu da inkişaf prosesini daha da asanlaşdıracaq.

Meta Connect 2025 tədbirində isə tərtibatçı çat-botla ünsiyyət quraraq yeni virtual mühitin generasiyasında kömək alıb və oyundakı personajlardan birinin xarakterini dəyişdirib. İndi şirkətin metakainatlarının əsasını Horizon Engine təşkil edir. Meta-nın bildirdiyinə görə, bu mühərrik təkmilləşdirilmiş qrafika, daha yüksək məhsuldarlıq və daha inkişaf etmiş virtual dünyalar təmin edir, o cümlədən eyni vaxtda giriş imkanının əhəmiyyətli dərəcədə artırılması ilə çoxlu sayda istifadəçi üçün imkan yaradır. Horizon Worlds platforması hələ də kifayət qədər məşhur ola bilməyib, baxmayaraq ki, artıq virtual reallıq çərçivəsindən çıxaraq mobil cihazlarda da mövcuddur. Lakin Meta bu metakainatda yeni oyun yaradıcılarını cəlb etməyə çalışır - bu il onlar üçün 50 milyon dollarlıq dəstək fondu yaradılıb.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Oakley Meta Vanguard ağıllı eynəyi təqdim edilib - QİYMƏTİ
Meta şirkəti Meta Connect 2025 tədbirində fiziki aktivlik, qaçış, velosiped sürmə və s. üçün nəzərdə tutulmuş yeni ağıllı eynəyi - Oakley Meta Vanguard-ı təqdim edib.

Cihazlar+
Meta Ray-Ban Display AR eynəyi təqdim edilib - QİYMƏTİ
Meta şirkəti Connect 2025 konfransında ilk daxili ekrana malik artırılmış reallıq (AR) eynəyi olan Meta Ray-Ban Display-i təqdim edib. O, ABŞ-da sentyabrın sonunda 799$-a satışa çıxacaq.

Cihazlar+
Ray-Ban Meta Gen 2 ağıllı eynəyi təqdim olunub - QİYMƏTİ
Meta ikinci nəsil Ray-Ban ağıllı eynəyini təqdim edib. Cihazın avtonom iş vaxtı 2 dəfə artırılıb və 3K keyfiyyətində video çəkmə dəstəyi əlavə olunub ki, bu da onu idman üslublu Oakley HSTN ilə eyni sıraya qoyur.

Süni İntellekt
ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
ABŞ Federal Ticarət Komissiyası (FTC) uşaqlara və yeniyetmələrə süni intellektin mənfi təsir göstərə biləcəyini araşdırmaq məqsədilə Alphabet, Meta, OpenAI, xAI və Snap da daxil olmaqla 7 böyük texnologiya şirkətinə qarşı istintaq başladıb.

Tech-Biznes
Meta-dan süni intellekt mütəxəssislərinin axını davam edir
Süni intellekt sahəsində yüksək ixtisaslı bir çox mütəxəssis Meta şirkətindən işdən ayrılmağa başlayıb. Forbes bunu korporativ mədəniyyətdəki xaos və şirkətin gələcək inkişafı üçün aydın strategiyanın olmaması ilə izah edir.
Ən çox oxunanlar

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır
