
Perplexity şirkəti Comet adlı brauzerini istifadəyə verməyə hazırlaşır
Proqram Təminatı
25.04.2025
Emil
Süni zəka texnologiyaları sahəsində fəaliyyət göstərən Perplexity şirkəti istifadəçilərin tətbiqdən kənarda etdikləri hərəkətlər barədə məlumat toplayacaq brauzerini yaratmaq üzərində işləyir. Bu isə premium reklamların satılmasına imkan verəcək, deyə şirkətin baş direktoru Aravind Srinivas son müsahibəsində bildirib. “O səbəblərdən biri ki, biz brauzer yaratmaq istədik - tətbiqdən kənarda da məlumat əldə etməkdir ki, sizi daha yaxşı başa düşək. Çünki insanların süni zəka sistemlərinə verdikləri bəzi sorğular sırf işlə əlaqəlidir. Bu şəxsi məsələ deyil” - deyə o, qeyd edib.

“Digər tərəfdən isə sizin nələri aldığınız, hansı otellərdə qaldığınız, hansı restoranlara getdiyiniz, zamanınızı nəyə sərf etdiyiniz - bütün bunlar sizin haqqınızda daha çox şey deyir. Biz bu kontekstdən istifadə edərək daha keyfiyyətli istifadəçi profili yaratmağı və bəlkə də, bilirsiniz, öz material lentimiz vasitəsilə reklam göstərməyi planlaşdırırıq” deyə Srinivas əlavə edib. Comet adlı brauzerin istifadəyə verilməsi bir neçə dəfə təxirə salınıb - indi onun may ayında istifadəyə verilməsi gözlənilir, deyə Srinivas dəqiqləşdirib. Əgər şirkət bu planları reallaşdıra bilsə, uğur qazanmaq şansı olacaq. Google istifadəçiləri izləmə sistemini quraraq bazar dəyəri 2 trilyon dollar olan bir şirkətə çevrilib. Bu səbəbdən o, həm öz brauzerini, həm də mobil əməliyyat sistemini yaradıb.

Hazırda Perplexity də mobil sahədə hücuma keçib. Onun tətbiqi Motorola Razr seriyalı smartfonlara əvvəlcədən quraşdırılacaq. Bu mövzuda Samsung ilə də danışıqlar aparılır. Meta şirkətinin də öz reklam izləmə texnologiyası var - Pixel adlanır və internetdəki saytların daxilinə yerləşdirilir. Hətta özünü məxfilik tərəfdarı kimi təqdim edən Apple belə istifadəçilərin yerini izləyir və bəzi tətbiqlərdə reklamları varsayılan olaraq göstərir. Google-un həddindən artıq fəallığı isə onu məhkəməyə gətirib. Şirkət artıq axtarış və onlayn reklam sahəsində monopolist elan olunub və bu səbəbdən Chrome brauzerinin məcburi ayrılması ilə üzləşə bilər. Bu layihəni almağa maraqlı olduqlarını artıq həm Perplexity, həm də OpenAI bəyan ediblər.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır
Perplexity şirkəti, əgər məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etsə, onu almağa hazır olduğunu bəyan edib. Bununla belə, şirkət bildirir ki, Chrome-un Google ekosistemində qalması, onun OpenAI-nin nəzarətinə keçməsindən daha məqsədəuyğundur, çünki bu hal Chromium layihəsinin açıqlığını və sabitliyini təhlükə altına qoya bilər.

Proqram Təminatı
Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir
Samsung şirkəti Perplexity adlı süni zəka köməkçisinin Galaxy smartfon və planşetlərinə mümkün inteqrasiyası ilə bağlı danışıqlara başlayıb. Bu addım, Galaxy cihazlarında əsas yer tutan Google-un Gemini köməkçisinə əlavə olaraq əhəmiyyətli bir yenilik ola bilər.

Süni İntellekt
Süni zəka əsaslı axtarış sistemləri xəbər mənbələri baxımından yanlış məlumatlar verirlər
Generativ süni zəka modelinə əsaslanan 8 axtarış xidməti xəbər mənbələri ilə işləməkdə ciddi problemlər nümayiş etdirib. Bu, Columbia Journalism Review nəşrinin Rəqəmsal Jurnalistika Mərkəzi tərəfindən aparılmış araşdırmanın nəticələrindən məlum olub.
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
