Logo
    main-post-cover

    Windows 11-də daha öncədən quraşdırılmış tətbiqləri silmək imkanı olacaq

    Proqram Təminatı
    10.07.2025
    Emil
         Məlumata görə, Windows 11-in növbəti böyük yeniləməsi - 25H2 versiyası ilə sistemə Microsoft Store-un standart paketlərinin silinməsi adlı daxili mexanizm əsasında işləyən rəsmi tətbiq silmə aləti əlavə olunacaq. Bu yenilik həm adi istifadəçilər, həm də İT administratorlar üçün sistemi idarə etməyi asanlaşdıracaq. Windows istifadəçilərinin çoxu silinməsi çətin olan əvvəlcədən quraşdırılmış tətbiqlərlə qarşılaşır. Bu tətbiqlər yalnız istifadəçi interfeysini qarışdırmaqla və bildirişlərlə diqqəti yayındırmaqla kifayətlənmir, həm də sistemin işini zəiflədə bilər. Hazırda sistemi bu tətbiqlərdən təmizləmək üçün mövcud üsullar - məsələn, üçüncü tərəf skriptlər və ya PowerShell - texniki biliklər tələb edir.
         Buna görə də, daxili tətbiqlərin silinməsi üçün rəsmi alətin əlavə olunması uzun müddətdir gözlənilən və əhəmiyyətli bir yenilik hesab olunur. Microsoft Store-un standart paketlərinin silinməsi (Remove Default Microsoft Store Packages) parametri artıq Windows 11 25H2 test versiyasında mövcuddur və “Computer Configuration” > “Administrative Templates” > “Windows Components” > “App Package Deployment” bölməsində yerləşir. Silinməsi mümkün olan tətbiqlərin siyahısında Camera, Sound Recorder, Windows Media Player, Xbox, Windows TerminalNotepad kimi tətbiqlər var. Bununla yanaşı, əvvəlcədən quraşdırılmış xarici tətbiqlər, məsələn LinkedIn, bu prosesə daxil deyil və təsirlənmir.
         Bu yeni üsul mövcud qeyri-rəsmi alternativ yollarla müqayisədə daha stabil və sadə işləyir və gələcəkdə sistemin artıq tətbiqlərdən təmizlənməsi üçün standart üsula çevrilə bilər. Silinmə prosesi siyasətin aktivləşdirilməsindən və lazımsız tətbiqlərin seçilməsindən sonra baş verir. Microsoft administratorlara bu əməliyyatı istifadəçilərin sistemə ilk daxil olmasından əvvəl yerinə yetirməyi tövsiyə edir ki, minimum yayındırıcı elementlərlə təmiz bir interfeys təmin olunsun. Bununla belə, tətbiqlər silindikdən sonra Start menyusunda işləməyən qısayollar (shortcuts) qala bilər. Bu məsələ hələlik tam həll olunmayıb və tərtibatçılar tərəfindən təkmilləşdirilməsi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    windows-un-mavi-olum-ekrani-tarixe-qovusacaq
    Proqram Təminatı

    Windows-un “Mavi ölüm ekranı” tarixə qovuşacaq

    “Mavi ölüm ekranı” (Blue Screen of Death - BSoD) adlı, demək olar ki, dörd onillikdir Windows istifadəçilərinin qarşısına çıxan kritik xəta ekranı tezliklə tarixə qovuşacaq.
    windows-11-de-berpa-noqteleri-evvelki-90-gun-evezine-maksimum-60-gun-muddetinde-saxlanilacaq
    Proqram Təminatı

    Windows 11-də bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq

    Microsoft Windows 11-də sistemin bərpa funksiyasına mühüm dəyişiklik edib. Bu aydan etibarən, Windows 11 24H2 versiyası üçün yeniləmə quraşdırıldıqdan sonra, bərpa nöqtələri əvvəlki 90 gün əvəzinə maksimum 60 gün müddətində saxlanılacaq.
    windows-11-de-tetbiqlerin-qurasdirilmasi-sadelesdirilecek
    Proqram Təminatı

    Windows 11-də tətbiqlərin quraşdırılması sadələşdiriləcək

    Microsoft Windows 11-də yeni funksiyanın testinə başlayıb. Bu funksiya istifadəçilərə Microsoft Store-dakı tətbiqləri birbaşa Windows-un standart axtarış sistemi vasitəsilə quraşdırmağa imkan verəcək.
    windows-11-ucun-yeni-casusluqdan-qorunma-funksiyasi-hazirlanir
    Proqram Təminatı

    Windows 11 üçün yeni "casusluq"dan qorunma funksiyası hazırlanır

    PhantomOfEarth ləqəbli insayder hələ rəsmi olaraq elan olunmamış, lakin potensial olaraq faydalı ola biləcək Windows 11 üçün yeni funksiyadan bəhs edib.
    suni-zeka-agenti-windows-11-ayarlarini-deyise-bilecek
    Proqram Təminatı

    Süni zəka agenti Windows 11 ayarlarını dəyişə biləcək

    Microsoft Windows 11-in Settings tətbiqinə süni zəka agenti inteqrasiya edəcəyini elan edib. Bu agent yalnız lazımi parametrləri tapmaqla kifayətlənməyəcək, eyni zamanda istifadəçinin səsli və ya mətn formatında verdiyi sorğular əsasında kompüterin ayarlarını avtomatik olaraq dəyişə biləcək.