Logo
    main-post-cover

    Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb

    Sosial Media
    08.09.2025
    Emil
         Nepal hökuməti X, Facebook YouTube daxil olmaqla bir neçə məşhur sosial şəbəkə xidmətinin bloklandığını elan edib. Səbəb isə bu platformaların hökumətin yeni tələblərinə uyğun olaraq ölkədə qeydiyyatdan imtina etmələridir. Bloklama artıq qüvvəyə minib. Daha 5 xidmət hökumətin “yerləşmə” tələblərini yerinə yetirib - mənbə onlardan yalnız ikisini, Viber TikTok-u qeyd edib. Nepalın Rabitə və İnformasiya Nazirliyində izah ediblər ki, hökumət ölkədə fəaliyyət göstərən təxminən 20-yə yaxın müxtəlif sosial şəbəkə və messencerin qeydiyyatını təmin etməyə çalışıb.
         Hakimiyyət bu xidmətlərdən ölkədə rəsmi nümayəndəlik açmağı tələb edirdi. Lakin bir sıra aparıcı xidmətlər bu tələbləri sadəcə olaraq görməzlikdən gəlib və nəticədə onların bloklanmasına səbəb olub. Bu tələblər Nepal hökumətinin ölkə parlamentinə təqdim etdiyi qanun layihəsinə daxildir. Layihənin müəlliflərinin əsas ideyası sosial şəbəkə xidmətlərinin fəaliyyətində məsuliyyət, hesabatlılıq və şəffaflığı təmin etməkdir. Bununla belə, hüquq müdafiəçiləri artıq bu təşəbbüsü söz azadlığını məhdudlaşdırmaq cəhdi kimi tənqid ediblər. Hələlik bloklamanın texniki cəhətdən necə həyata keçirildiyi və nə qədər davam edəcəyi məlum deyil. Tamamilə mümkündür ki, bloklanmış xidmətlər sonda ofislərini açmaq qərarı versin və Nepalda fəaliyyətlərinə geri dönsünlər.
    Paylaş
    Bənzər xəbərlər
    eyni-evde-yasamayan-aile-uzvleri-ucun-youtube-premium-un-aile-tarif-plani-deaktiv-edilir
    Sosial Media

    Eyni evdə yaşamayan ailə üzvləri üçün YouTube Premium-un ailə tarif planı deaktiv edilir

    YouTube Premium-un ailə tarif planı pullu abunəlikdə mövcud olan funksiyaları digər ailə üzvləri ilə paylaşmağa imkan verir. Bununla yanaşı, Google bütün paket təklifinə daxil olan üzvlərin eyni evdə yaşamasını tələb edir.
    youtube-da-kicik-kanallara-yardimci-olacaq-hype-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    YouTube-da kiçik kanallara yardımçı olacaq Hype funksiyası istifadəyə verilib

    YouTube tərtibatçıları kiçik kanallara sahib sevimli müəllifləri izləyicilərin dəstəkləməsinə kömək edən Hype funksiyasının qlobal şəkildə istifadəyə verildiyini elan ediblər.
    youtube-videolari-suni-intellekt-vasitesile-gizli-sekilde-redakte-etmeye-baslayib
    Sosial Media

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    Son aylarda YouTube video platforması istifadəçilərin icazəsi olmadan videoları redaktə etmək üçün gizli şəkildə süni intellektdən istifadə edib. Dəyişikliklərdən sonra köynəklərdəki qırışlar daha aydın görünüb, dəri bəzi yerlərdə daha kobud, digərlərində isə daha hamar görünüb.
    instagram-ve-facebook-da-reels-videolarinin-suni-intellekt-vasitesile-tercumesi-funksiyasi-istifadeye-verilib
    Sosial Media

    Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib

    Meta şirkəti Facebook və Instagram platformalarında Reels videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb.
    youtube-istifadecilerin-yasini-suni-intellekt-vasitesile-teyin-etmeye-baslayib
    Sosial Media

    YouTube istifadəçilərin yaşını süni intellekt vasitəsilə təyin etməyə başlayıb

    YouTube-da süni intellektdən istifadə edən bir sistem istifadəyə verilib. Bu sistem istifadəçinin yaşını qiymətləndirir və onun yetkin olub-olmadığını müəyyən etməyə çalışır.