
Telegram videolarına reklamlar inteqrasiya ediləcək
Sosial Media
14.07.2025
Emil
Telegram Ads reklam platformasında yeni bir reklam yerləşdirmə formatı istifadəyə verilib - Banner in Video, yəni videokontentə yerləşdirilən banner reklamı. Məlumata əsasən, bu yeni format kontenti dayandırmadan və istifadəçidə narahatlıq yaratmadan videokontentin baxışı zamanı reklam mesajı əlavə etməyə imkan verir. Reklam ekranın alt hissəsində mətn bloku şəklində yerləşdirilir və əsas məzmunu örtmür. Bu funksiya yalnız Users modeli üzrə hədəfləmə zamanı - yəni konkret Telegram kanallarının abunəçilərinə və ya əvvəlcədən formalaşdırılmış auditoriyalara yönəlik reklam kampaniyaları üçün əlçatandır. Yeni format Channels, Bots və Search modelləri üzrə hədəfləməni dəstəkləmir.

Məlumatda qeyd olunub ki, bu formatda reklamın yüksək görünürlüyü artıq davam edən kampaniyalar çərçivəsində reklam əhatəsini artırmağa imkan verir. Banner in Video formatında reklamın əsas qiyməti hər 1000 baxış üçün (CPM) 1 avrodan başlayır. Politics & Incidents kateqoriyası üçün isə qiymət daha ucuzdur - 0.5 avrodan başlayır. Reklam mətninin maksimal uzunluğu 160 simvol, başlıq üçün 40 simvol, URL üçün isə 256 simvol təşkil edir. İstiqamətləndirmə üçün açılış səhifəsi kimi veb sayt, Telegram kanalı, çat-bot, profil və ya dəvət linki göstərilə bilər.
Əgər trafik Telegram kanalına yönəldilirsə, reklamın başlığı həmin kanalın rəsmi adı olacaq. Reklam video başladıqdan 5 saniyə sonra avtomatik aktivləşir və 30 saniyədən sonra və ya istifadəçi tərəfindən hər hansı bir hərəkət olduqda daha tez yoxa çıxır. Yeni reklam göstərimi əvvəlki elan bağlandıqdan ən azı 120 saniyə sonra baş verə bilər. Bu ilin əvvəlində messencerdə axtarış sətrində elanların yerləşdirilməsi və çat-botlar daxilində reklamların göstərilməsi imkanı əlavə edilib. Bundan əlavə, Telegram Ads platformasında Pixel Tag adlı bir alət təqdim olunub. Bu alət, istifadəçinin reklamla qarşılıqlı əlaqəsindən sonra xarici saytlarda baş verən konversiyaları (məqsədli hərəkətləri) izləməyə imkan verir.
Paylaş
Bənzər xəbərlər

Sosial Media
Telegram-da tapşırıq siyahıları və digər yeniliklər istifadəyə verilib
Telegram tərtibatçıları messencer üçün növbəti yeniləməni təqdim ediblər. Bu yeniləmədən sonra messencer istifadəçilərinə birbaşa tətbiq daxilində tapşırıqların yerinə yetirilməsini izləməyə imkan verən interaktiv tapşırıq siyahıları təqdim olunacaq.

Tech-Biznes
Pavel Durov Telegram-ı heç zaman satmayacağını bildirib
Telegram-ın yaradıcısı Pavel Durov Fransanın Le Point jurnalına verdiyi müsahibədə ona qarşı Fransada irəli sürülən ittihamları absurd adlandırıb və qeyd edib ki, söz azadlığı və platforma neytrallığı prinsiplərinə sadiqdir.

Tech-Biznes
Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd hesab edir
Telegram-ın təsisçisi Pavel Durov Fransa hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürdükləri ittihamları absurd hesab edir. O, amerikalı jurnalist Tucker Carlson-a verdiyi müsahibədə bildirib ki, hələ də Fransada nədə ittiham olunduğunu anlamır.

Sosial Media
Telegram səsli mesajların redaktəsi və s. yeni funksiyaları əldə edib
Telegram tərtibatçıları messencer üçün növbəti böyük yeniləməni təqdim ediblər. Artıq kanal müəlliflərinə şəxsi mesaj göndərmək mümkündür, qruplarda mövzular arasında keçid daha da asanlaşıb, səsli mesaj göndərməzdən əvvəl onları redaktə etmək imkanı əlavə olunub və şəkillər yüksək keyfiyyətdə göndərilə bilir.

Sosial Media
Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
Pavel Durov-un Elon Musk ilə Telegram və xAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
