Logo
    main-post-cover

    Vyetnamda Telegram qadağan olunub

    Sosial Media
    23.05.2025
    Emil
         Vyetnamın Texnologiyalar Nazirliyi telekommunikasiya xidmətləri təchizatçılarına mesajlaşma tətbiqi olan Telegram-ın bloklanması ilə bağlı göstəriş verib. Bu barədə Reuters agentliyinin əldə etdiyi hökumət sənədində qeyd olunub. Nazirlik Telegram-ın istifadəçiləri tərəfindən törədildiyi iddia edilən cinayətlərlə mübarizədə əməkdaşlıqdan imtina etdiyinə görə bu qərarı verib. Sənəd 21 may tarixində imzalanıb və Texnologiyalar Nazirliyinin Rabitə İdarəsi rəisinin müavini tərəfindən imzalanıb.
         Sənəddə telekommunikasiya şirkətlərinə Telegram-ın bloklanması üçün tədbirlər görmək və bu barədə iyunun 2-dək nazirliyə məlumat vermək tapşırılıb. Nazirlik telekommunikasiya təminatçılarından Telegram fəaliyyətinin Vyetnamda qarşısını almaq üçün həllər və tədbirlər həyata keçirməyi xahiş edib. Sənəddə qeyd olunur ki, nazirlik bu qərarı ölkənin kibertəhlükəsizlik departamentinin adından qəbul edib. Bu addım isə polisin verdiyi məlumata əsaslanır. Belə ki, Telegram-da fəaliyyət göstərən 9600 kanal və qrupun 68%-i qanunu pozur.
         Bu qanun pozuntularına fırıldaqçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi və terrorçuluqla əlaqəli olduğu ehtimal edilən hallar daxildir. Texnologiyalar Nazirliyinin nümayəndəsi sənədin həqiqiliyini Reuters agentliyinə təsdiqləyib və bildirib ki, bu addım Telegram-ın cinayət işləri çərçivəsində istifadəçi məlumatlarını hökumətə təqdim etməkdən imtina etməsindən sonra atılıb. Vyetnam polisi və dövlət xəbər agentlikləri dəfələrlə Telegram-dakı kanallar və qruplarda mümkün cinayətlər, fırıldaqçılıq və məlumat sızmaları ilə bağlı ictimaiyyəti xəbərdar ediblər.
    Paylaş
    Bənzər xəbərlər
    pavel-durov-in-abs-a-yollanmagina-qadaga-qoyulub
    Tech-Biznes

    Pavel Durov-un ABŞ-a yollanmağına qadağa qoyulub

    Fransa hakimiyyəti Telegram-ın qurucusu Pavel Durov-un investisiya fondları ilə danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etmək üçün etdiyi müraciəti rədd edib. Paris Prokurorluğu bu qərarı 12 may tarixində qəbul edərək, belə bir xarici səfərin “təcili və əsaslı” hesab edilmədiyini bildirib.
    pavel-durov-fransani-telegram-uzerinden-ruminiyadaki-prezident-seckilerine-mudaxile-cehdinde-gunahlandirib
    Sosial Media

    Pavel Durov Fransanı Telegram üzərindən Rumıniyadakı prezident seçkilərinə müdaxilə cəhdində günahlandırıb

    Telegram messencerinin qurucusu Pavel Durov 18 may tarixində X sosial şəbəkəsində bir sıra paylaşımlar edərək, Fransanın kəşfiyyat xidmətinin ondan “Rumıniyada keçiriləcək seçkilər ərəfəsində mühafizəkar səsləri susdurmağı” tələb etdiyini iddia edib.
    telegram-50-000-mukafata-sahib-musabiqe-elan-edib
    Sosial Media

    Telegram 50 000$ mükafata sahib müsabiqə elan edib

    Telegram administrasiyası ümumi mükafat fondu 50 000$ olan müsabiqə elan edib. İştirakçılardan tələb olunur ki, 26 may tarixinə kimi qısa video göndərsinlər.
    telegram-kanallarinda-avtomatik-tercume-ve-s-yeni-funksiyalar-istifadeye-verilib
    Sosial Media

    Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib

    Telegram son günlər ərzində ikinci böyük yeniləməni elan edib. Hədiyyə sevənlər üçün yeni ticarət platformasında onları təhlükəsiz şəkildə almaq və satmaq imkanı yaradılıb, Stories paylaşımlarını sevənlər bir neçə belə paylaşımı eyni anda paylaşa bilmək özəlliyini əldə ediblər, kanal sahibləri isə paylaşımların avtomatik tərcüməsini aktiv edə bilərlər.
    telegram-tehlukesiz-qrup-zenglerini-ve-s-yeni-funksiyalari-elde-edib
    Sosial Media

    Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib

    Telegram administrasiyası messencer üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə ilə şifrələnmiş qrup zəngləri, biznes üçün hesabların avtomatlaşdırılması, hədiyyələrin idarə olunması üçün yeni tənzimləmələr, hesabın bloklanmasına etiraz imkanı və mobil tətbiqlərdə yeni jest əmrləri əlavə olunub.