Wikipedia da “Year in Review” trendinə qoşuldu
Sosial Media
08.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Wikipedia “Year in Review”, yəni ilin şəxsi icmalını istifadəyə verib. Bu funksiyadan yararlanmaq üçün mobil tətbiqi yükləmək və il ərzində ondan istifadə etmək kifayətdir. Görünür ki, Wikimedia Foundation bu yeniliklə tətbiqin yüklənmələrini artırmağı da hədəfləyir.
2025-ci il üçün hazırlanan Wikipedia Year in Review xüsusiyyətləri hələlik məhduddur. Tətbiq sizə neçə dəqiqə Wikipedia oxuduğunuzu və ən çox hansı mövzulara baxdığınızı göstərir.
Şəxsi statistikanı təqdim etməklə yanaşı, funksiya ümumilikdə Wikipedia-da ilin necə keçdiyini də vizual və cəlbedici formatda nümayiş etdirir. Şirkətin məlumatına görə, il ərzində könüllü redaktorlar platformada 66 milyondan çox dəyişiklik ediblər.
İstifadəçilər “Year in Review” bölməsini tətbiqi açan kimi pop-up şəklində görə bilərlər. Əgər görünməzsə, Android-də “more” bölməsindən, iOS-da isə profil səhifəsindən daxil olmaq mümkündür.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Wikipedia süni intellektlə yazılmış mətnləri necə tanıdığını açıqlayıb
Wikipedia redaktorları AI-ın tipik yazı vərdişlərini araşdıraraq süni intellektlə yazılmış mətnləri tanımağın ən etibarlı üsullarını müəyyən edən bir bələdçi hazırlayıb.
Proqram Təminatı
Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib
Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb.
Süni İntellekt
Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir
Veb-saytlar süni intellektin təsiri nəticəsində getdikcə daha çox trafik itirirlər. Wikipedia bu tendensiyada istisna deyil. Onlayn ensiklopediyanın arxasında duran fond bu mövzu ilə bağlı bəyanat yayıb. Fondun nümayəndələri süni intellekti demonizə etmək istəmədiklərini bildiriblər, lakin istifadəçiləri məlumatı əldə etdikləri mənbələrə qarşı tənqidi yanaşmağa çağırıblar.
Sosial Media
Elon Musk-ın Wikipedia analoqu Grokipedia yaxın həftələrdə istifadəyə veriləcək
Elon Musk ona məxsus süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti ilə bağlı yeni layihənin yaxın zamanda istifadəyə veriləcəyini elan edib. Söhbət Grokipedia adlı xidmətdən gedir - bu platforma internet ensiklopediyası Wikipedia-ya rəqib kimi nəzərdə tutulur.
Sosial Media
Elon Musk Wikipedia-nın analoqu Grokipedia-nı anons edib
Gizli deyil ki, Wikipedia məqalələri müəyyən qrupların maraqlarına uyğun olaraq məlumatlarla manipulyasiya məqsədilə redaktə olunur. Buna görə də, Elon Musk üçün daha uyğun prinsiplərə əsaslanan oxşar bir resurs yaratmaq ideyası tamamilə gözlənilən idi.
Ən çox oxunanlar