Logo
    main-post-cover

    Adobe-nin AI strategiyası şirkəti rekord gəlirə çatdırdı

    Süni İntellekt
    11.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Adobe-nin generativ süni intellektə etdiyi böyük yatırım şirkətin maliyyə nəticələrində özünü göstərməyə başlayıb. Səhmlərinin bu il 37 faizdən çox ucuzlaşmasına baxmayaraq, Adobe 2025-ci maliyyə ili üçün rekord həcmdə, 23,77 milyard dollar gəlir açıqlayıb. Bu isə ötən illə müqayisədə 11 faiz artım deməkdir və şirkət bunu əsasən süni intellekt əsaslı alətlərin sürətli yayılması ilə əlaqələndirir.
    Adobe » Information Technology Services
        Şirkətin baş direktoru Shantanu Narayen verdiyi açıqlamada bildirib ki, “Adobe-nin 2025-ci il nəticələri qlobal süni intellekt ekosistemində artan rolumuzu və AI ilə güclənmiş alətlərimizin sürətlə qəbul edilməsini nümayiş etdirir.” Adobe 2026-cı ildə illik təkrarlanan gəlirini (ARR) 10,2 faiz artırmağı hədəfləyir. Bunun üçün şirkət generativ və agent əsaslı AI platformalarını genişləndirməklə yanaşı, daha böyük istifadəçi auditoriyasına çıxmağı planlaşdırır.
    Paylaş