Amazon süni intellekt komandasında böyük dəyişikliklərə gedir
Süni İntellekt
18.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon süni intellekt sahəsində rəhbərlik dəyişikliklərinə gedir. Şirkətin ümumi süni intellekt (AGI) üzrə rəhbəri Rohit Prasad 2026-cı ildə Amazon-dan ayrılacaq. Bu barədə Amazon-un baş direktoru Andy Jassy açıqlama verərək, şirkətin AI inkişafında “kritik bir mərhələyə” daxil olduğunu bildirib.
2013-cü ildən Amazon-da çalışan Rohit Prasad Alexa səsli köməkçisinin inkişafında əsas rollardan birini oynayıb. O, həmçinin Amazon Nova adlı süni intellekt modellərinin istifadəyə verilməsinə rəhbərlik edib və 2023-cü ildən etibarən AGI komandasının başında olub. Prasad son müsahibələrindən birində AI modellərinin performansını ölçən mövcud benchmark-ları tənqid edərək, onların real imkanları əks etdirmədiyini vurğulamışdı. Rəhbərlik dəyişikliyi çərçivəsində Amazon Web Services-in (AWS) yüksək vəzifəli rəhbərlərindən biri olan Peter DeSantis şirkətin ən qabaqcıl süni intellekt modelləri, çip istehsalı və kvant hesablama texnologiyalarını əhatə edən yeni bir bölməyə rəhbərlik edəcək. DeSantis Amazon-da təxminən 30 illik təcrübəyə malikdir.
Eyni zamanda tanınmış AI tədqiqatçısı Pieter Abbeel Amazon-un “frontier model” (ən qabaqcıl AI modelləri) tədqiqat qrupuna rəhbər təyin olunub. Andy Jassy bildirib ki, vahid idarəetmə və yeni struktur Amazon-un bu sahədə daha güclü mövqe tutmasına imkan verəcək.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Adobe süni intellekt qalmaqalı ilə üzləşib
ABŞ-də yazıçı Elizabeth Lyon-ın adından təqdim olunan kollektiv iddia (class-action) ərizəsində iddia olunur ki, Adobe öz süni intellekt modelini müəllif hüquqları ilə qorunan, lakin icazəsiz əldə edilmiş kitablar üzərində öyrədib.
Cihazlar+
"Kindle Scribe Colorsoft" gözləntiləri doğrultmayıb
Rəngli E Ink ekran ön işıqlandırma, təzyiqə həssas stilus və e-kitabların üzərində qeyd-aparma kimi funksiyalar təqdim edir.
Süni İntellekt
Adobe Firefly yeniləndi
Şirkət Firefly-a mətn əsaslı video redaktə funksiyası əlavə edib və eyni zamanda üçüncü tərəf modellərin siyahısını genişləndirib.
Süni İntellekt
Mozilla gəlir modelini yenidən qurmaq istəyir
Mozilla yeni CEO-su ilə Firefox-un gələcəyini daha açıq şəkildə “AI mərkəzli” qurmağa hazırlaşır.
Süni İntellekt
Google Translate-dən canlı tərcümə yeniliyi!
Google Translate qulaqlıqdan asılılığı aradan qaldıraraq real vaxt ərzində tərcümə və süni intellekt dəstəyi ilə dili anlamağı daha da asanlaşdırır.
Ən çox oxunanlar