Logo
    main-post-cover

    ChatGPT ilə ünsiyyətdən sonra bir insan psixoz əldə edib

    Süni İntellekt
    11.08.2025
    Emil
         60 yaşlı bir kişi sağlamlıq mövzusunda məsləhət almaq üçün ChatGPT-yə müraciət edib, bundan sonra o, pəhrizindən bütün xloru, o cümlədən yemək duzunu (natrium xlorid) çıxarmaq qərarına gəlib. ChatGPT ilə söhbətlər onu natrium xloridi natrium bromidlə əvəz edə biləcəyi fikrinə gətirib və kişi də bunu həyata keçirib. 3 ay sonra kişi yerli təcili yardım şöbəsinə müraciət edib. Onun sözlərinə görə, qonşusu onu zəhərləməyə cəhd göstərib. Güclü susuzluğa baxmayaraq, o, xəstəxanada təklif olunan suya ehtiyatla yanaşıb və həkimlərə yalnız distillə edilmiş su içdiyini və ciddi vegetarian pəhrizinə əməl etdiyini bildirib. O, nə natrium bromiddən, nə də ChatGPT ilə ünsiyyətdən bəhs edib. Həkimlər bir sıra laborator müayinələr aparıblar. İlkin müayinə kişinin hiperloremiyası - qanda xloridlərin artması olduğunu göstərib ki, bunun səbəbi susuzlaşma ola bilərdi.
         Lakin daha növbəti tədqiqatlardan sonra həkimlər xloridlərin artıq olmasının ehtimal olunan səbəbinin bromizm (xroniki brom zəhərlənməsi) olduğuna qərar veriblər. Sonradan kişidə həmçinin mikroelementlər və əsas vitaminlərin çatışmazlığı da aşkar edilib. Kişi xəstəxanaya yerləşdirilib və xəstəxanada olduğu ilk gün vəziyyəti pisləşib, onda “artmaqda olan paranoya, eşitmə və görmə hallüsinasiyaları” müşahidə olunub. Daha sonra o, xəstəxanadan qaçmağa cəhd edib. Hadisədən sonra kişi məcburi qaydada psixiatrik klinikaya yerləşdirilib və ona antipsixotik dərmanlar təyin edilib. Vəziyyəti stabilləşdirmək üçün həkimlər xəstəyə çoxlu miqdarda maye və elektrolitlər yeridiblər. Onun orqanizmindəki bromid səviyyəsi 1700 mq/l təşkil edib, halbuki norma 0.9-7.3 mq/l aralığında olur. Xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra o, baş verənləri danışıb.
         Onun sözlərinə görə, o, yemək duzunun artıq istifadəsi ilə bağlı problemlər haqqında oxuyub və pəhrizindən natrium xloridi çıxarmağa qərar verib. Bu isə onu ChatGPT-yə gətirib və orada aldığı məlumat nəticəsində duzu natrium bromidlə əvəz etmək fikrinə düşüb. Qoxusuz, ağ kristal toz şəklində olan və duzlu dada malik bu maddəni kişi internetdən alıb. Pasiyent xəstəxanada 3 həftə qalıb. Fiziki və psixoloji vəziyyəti kifayət qədər yaxşılaşdıqda, ona əvvəlcə antipsixotik dərmanların dozası azaldılıb, daha sonra isə tamamilə dayandırılaraq evə buraxılıb. 2 həftə sonra keçirilmiş təkrar müayinədə pasiyentin vəziyyəti sabit qalıb. Bu klinik hadisəni Annals of Internal Medicine: Clinical Cases jurnalında təsvir edən həkimlər qeyd ediblər ki, onların kişinin ChatGPT-yə verdiyi real sorğulara və neyroşəbəkənin dəqiq cavabına çıxış imkanı olmayıb.
         Bromid duzlarından həqiqətən də adi duz əvəzinə istifadə etmək mümkündür, lakin bu, insan orqanizmi üçün deyil. Onlar müxtəlif təmizləyici vasitələrdə və hovuzların təmizlənməsində istifadə olunur. Həkimlər ChatGPT 3.5 ilə danışaraq cavablarda bromidin qeyd olunduğunu görüblər, lakin neyroşəbəkə bromidin hər məqsəd üçün uyğun olmadığını da vurğulayıb. Ancaq süni intellekt “sağlamlığa zərər barədə konkret xəbərdarlıq etmədi və bunun bizə nə üçün lazım olduğunu soruşmadı - bizim fikrimizcə, bunu tibb işçisi edərdi” - deyə həkimlər yazıblar. 100 il əvvəl ABŞ-da psixiatrik klinikalara hospitalizasiyaların təxminən 8-10%-i bromizmlə əlaqəli idi. O dövrdə insanlar tərkibində brom olan sakitləşdirici preparatlar qəbul edirdilər. Təəssüf ki, bromid insan orqanizmində yığıla və onun artıqlığı sinir sisteminin işini poza bilər. Tərkibində brom olan sakitləşdirici preparatlar ABŞ bazarından 1989-cu ilə qədər yoxa çıxıb - buna ABŞ Qida və Dərman İdarəsinin onları qadağan etməsi səbəb olub.
    Paylaş
    Bənzər xəbərlər
    sam-altman-bir-cox-insanin-chatgpt-ni-sexsi-psixoterapevt-istifade-etmesinden-narahatdir
    Süni İntellekt

    Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt istifadə etməsindən narahatdır

    OpenAI-nin baş direktoru Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt və ya həyat məşqçisi kimi istifadə etməyə başladığından narahatlığını bölüşüb. O, X sosial şəbəkəsindəki paylaşımında etiraf edib ki, belə yanaşma müsbət tərəflərə malik olsa da, bu hal onu ciddi şəkildə narahat edir.
    gpt-5-suni-intellekt-modeli-24-saat-erzinde-sindirilib
    Təhlükəsizlik

    GPT-5 süni intellekt modeli 24 saat ərzində sındırılıb

    İki müstəqil tədqiqat şirkəti yeni təqdim edilmiş GPT-5 neyron şəbəkəsini sınaqdan keçirib və onun təhlükəsizlik sistemində kritik boşluqlar aşkar ediblər. NeuralTrust modeli cəmi 1 gün ərzində GPT-5-i sındıraraq onu məişət şəraitində alışdırıcı qarışığın hazırlanması üzrə təlimat yaratmağa məcbur edib.
    openai-o3-modeli-sahmat-turnirinde-grok-u-meglub-edib
    Süni İntellekt

    OpenAI o3 modeli şahmat turnirində Grok-u məğlub edib

    OpenAI-nin o3 modeli xAI şirkətinin hazırladığı Grok 4 modelini Kaggle AI Exhibition şahmat turnirinin finalında 4:0 hesabı ilə məğlub edib.
    nasa-ve-google-birlikde-astronavtlar-ucun-suni-intellekt-esasli-tibbi-komekci-uzerinde-calisirlar
    Süni İntellekt

    NASA və Google birlikdə astronavtlar üçün süni intellekt əsaslı tibbi köməkçi üzərində çalışırlar

    Məlum olub ki, NASA və Google yaxın və uzaq kosmosda tibbi yardım göstərmək üçün süni intellekt əsaslı tibbi platforma üzərində birgə işləyirlər.
    gpt-5-suni-intellekt-modeli-qiymet-muharibesine-sebeb-ola-biler
    Tech-Biznes

    GPT-5 süni intellekt modeli qiymət müharibəsinə səbəb ola bilər

    OpenAI şirkəti yeni flaqman modeli GPT-5-i gözlənilməz dərəcədə aşağı qiymətə təqdim edib ki, bu da ekspertlərin fikrincə, süni intellekt bazarında qiymət müharibəsinə səbəb ola bilər.