
Mark Zuckerberg superzəkanın yaradılmasına milyardlarla dollar sərf edəcək
Süni İntellekt
15.07.2025
Emil
Meta Platforms şirkətinin baş direktoru Mark Zuckerberg süni zəka sahəsinə böyük investisiyalar ayıracağını elan edib. Şirkət 100 milyardlarla dollar vəsait xərcləyərək bir neçə böyük məlumat emalı mərkəzi inşa etməyi və süni zəka sahəsində istedadlı mühəndislərdən ibarət komanda yaratmağı planlaşdırır. Bu komanda Superintelligence Labs adlı yeni bölməyə daxil olacaq və süni superzəkanın yaradılması üzərində işləyəcək. Sosial şəbəkə nəhəngi Meta, müxtəlif tapşırıqları insanlardan daha yaxşı yerinə yetirə bilən alqoritmlər hazırlamaq üzərində çalışan aparıcı texnologiya şirkətləri sırasındadır.

Bu ayın əvvəlində Meta yeni süni zəka bölməsinin yaradıldığını elan etdi və tərtibatçılar komandasını təcrübəli mütəxəssislərlə gücləndirdi. Yeni süni zəka məlumat mərkəzi olan Prometheus-un bir neçə giqavat gücə malik olacağı və gələn il istifadəyə veriləcəyi gözlənilir. Meta-nın Hyperion adlı digər məlumat mərkəzinin isə yaxın illərdə gücünü 5 giqavata qədər artıracağı planlaşdırılır. Bu barədə Zuckerberg Threads sosial şəbəkəsində paylaşdığı yazılardan birində məlumat verib.

O həmçinin SemiAnalysis adlı nəşrin hesabatına istinad edib. Həmin hesabatda qeyd olunur ki, Meta süni zəka sahəsində gücü 1 giqavatdan çox olan ilk superklasteri işə salan şirkət olmaq yolundadır. Zuckerberg Meta-nın süni zəka sahəsindəki irimiqyaslı xərclərini bəzi investorların bu investisiyaların gəlirliliyinə dair narahatlıqlarına cavab olaraq, şirkətin reklam biznesinin gücü ilə əsaslandırıb. “Bunu etmək üçün biznesimizdən əldə etdiyimiz kapital var” - deyə Meta-nın rəhbəri əlavə edib. Bütün bu hadisələrin fonunda şirkətin səhmlərinin qiyməti təxminən 1% artıb, ilin əvvəlindən isə ümumilikdə 20% yüksəlib.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub
May ayının ortalarında Kaliforniya ştatının Berkli şəhərində 30 tanınmış riyaziyyatçı OpenAI şirkətinə məxsus o4-mini adlı çat-botun riyazi qabiliyyətlərini sınamaq üçün bir araya gəlib.

Süni İntellekt
Çin mənşəli yeni süni zəka modeli ChatGPT və Deepseek-i geridə qoyub
Çinin süni zəka startapı Moonshot AI bu həftə məşhur Kimi çat-botunu yaratdıqdan sonra açıq mənbəli böyük dil modeli olan Kimi K2-ni təqdim edib.

Süni İntellekt
Çinli hərbçilər hərbi robotların təhlükələri barədə xəbərdarlıq ediblər
Keçən əsrin fantast-yazıçılarının düşüncələri bu gün üçün olduqca aktual görünə bilər - xüsusilə də aparıcı dövlətlərin bədənə sahib süni zəka sistemlərinin yaradılması sahəsində yarışdıqları bir dövrdə. Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzetində (PLA Daily) dərc olunmuş analitik məqalənin müəllifləri, amerikalı yazıçı-fantast Isaac Asimov-un “Robototexnikanın 3 Qanunu”na istinad edərək, hərbi sahədə insanabənzər robotların kütləvi istehsalına başlamazdan əvvəl onların üzərində etik və hüquqi araşdırmalar aparmağa çağırırlar.

Süni İntellekt
Məşhur mütəxəssis: "Süni zəka hamını deyil, yalnız müəyyən insanları güclü edəcək"
Süni zəka sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri, Google Brain-in qurucusu və Coursera-nın həmtəsisçisi Andrew Ng, ümumi süni zəka (AGI) ilə bağlı narahatlıqların böyük dərəcədə şişirdildiyini bəyan edib.

Proqram Təminatı
Windows 11-ə ayarlar ilə kömək edəcək süni zəka agenti əlavə edilib
Microsoft süni zəka əsaslı funksiyaları Windows 11 əməliyyat sisteminə aktiv şəkildə inteqrasiya etməyə davam edir. Bu dəfə tərtibatçılar Settings tətbiqinə süni zəka agentini əlavə ediblər, bu da istifadəçilərə fərqli parametrləri daha asan tapmaq və onları proqram platformasının işini optimallaşdırmaq üçün tənzimləmək imkanı verəcək.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
