Meta AI-ı daha dəqiq etmək üçün media şirkətləri ilə razılaşıb
Süni İntellekt
08.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta süni intellekt çatbotlarının xəbərlər ilə bağlı suallara daha dəqiq cavab verməsi üçün bir neçə aparıcı media orqanı ilə yeni əməkdaşlıqlar qurub. Axios-un məlumatına görə, şirkət USA Today, People, Le Monde, CNN kimi tanınmış nəşrlərlə yanaşı, Fox News, The Daily Caller və Washington Examiner kimi daha çox mühafizəkar media qurumları ilə də çoxillik kommersiya müqavilələri bağlayıb.
Bu razılaşmalar Meta-ya həmin nəşrlərin məzmunundan istifadə etməyə və real vaxt məlumatlarına çıxış əldə etməyə imkan verəcək. Eyni zamanda, şirkətin AI çatbotları xəbər suallarını cavablandırarkən mənbə kimi birbaşa həmin məqalələrə link verəcək. Bu da nəşrlərə müəyyən dərəcədə əlavə oxucu trafiki gətirə bilər.
Müqavilələrin maliyyə detalları açıqlanmasa da, Meta-nın bu addımı diqqət çəkir. Çünki şirkət uzun illərdir xəbərlərin istifadəsi üçün media təşkilatlarına ödəniş etməyə maraqlı deyildi. Meta 2022-ci ildə ABŞ-də xəbər nəşrlərinə ödəniş proqramını dayandırmış, ötən il isə Facebook-un “News” bölməsini tamamilə ləğv etmişdi.
Şirkət bildirir ki, bu yalnız ilk addımdır və gələcəkdə daha çox media tərəfdaşı əlavə ediləcək.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Apple-ın AI problemləri fonunda Çin brendləri bazar payını artırır
Çin smartfon istehsalçıları Apple-ın AI gecikmələrindən istifadə edərək iPhone-dan Android-ə keçidi rekord dərəcədə asanlaşdırır və bu, şirkət üçün xüsusilə Çin bazarında ciddi rəqabət təzyiqi yaradır.
Elm & Texnologiya
AI və insan yaradıcılığı birlikdə necə işləyir?
Sari Azout süni intellektin insan yaradıcılığını əvəz etmədən, zövq və ideyaları daha güclü etmək üçün necə istifadə oluna biləcəyini izah edir.
Süni İntellekt
OpenAI: "ChatGPT-də görünən “reklamlar” real deyil"
Şirkətin ChatGPT üzrə rəhbəri Nick Turley X platformasında paylaşım edərək bildirib ki, hazırda heç bir canlı reklam testi aparılmır və yayılan şəkillər ya saxtadır, ya da reklam deyil.
Süni İntellekt
Google-un AI xəbər botu qismət təkmilləşib
Google-un AI xəbər botu hələ də səhvlər etsə də, artıq media başlıqlarını artıq öz mətnləri ilə əvəzləmir.
Süni İntellekt
Anthropic-in AI təhlükəsizlik komandasına təzyiqlər artır
Anthropic-in AI-ın mənfi təsirlərini araşdıran kiçik komandası, həm siyasi təzyiqlər, həm də şirkətin öz maraqları səbəbilə müstəqilliyini qorumaqda çətinlik çəkir.
Ən çox oxunanlar