
Startaplardan biri filippinli işçiləri süni zəka kimi qələmə veribmiş
Süni İntellekt
11.04.2025
Emil
ABŞ Ədliyyə Nazirliyinin mətbuat relizində bildirildiyinə görə, alış-veriş üçün guya süni zəkaya əsaslanan tətbiq və “universal” sifariş sistemi təqdim edən Nate şirkətinin təsisçisi və keçmiş baş direktoru Albert Saniger investorları aldatmaqda ittiham olunur. Nate şirkəti 2018-ci ildə yaradılıb - o, Coatue və Forerunner Ventures kimi investorlar da daxil olmaqla 50 milyon dollardan çox vəsait cəlb edib. 2021-ci ildə Renegade Partners-in rəhbərlik etdiyi son maliyyələşmə raundu zamanı 38 milyon dollar vəsait toplanıb. Şirkət rəhbərliyi iddia edirdi ki, Nate tətbiqi istənilən onlayn ticarət platformasında yalnız bir kliklə alış-veriş etməyə imkan verir - sifarişin rəsmiləşdirilməsini isə süni zəka həyata keçirir.

Lakin Nyu-York ştatının Cənub Dairəsi Prokurorluğunun iddiasına görə, əslində alış-verişlər Filippinlərdəki çağrı mərkəzində çalışan podratçılar tərəfindən fərfi şəkildə həyata keçirilirmiş. Saniger milyonlarla dollarlıq investisiyaları cəlb edərək, Nate tətbiqinin nadir hallar istisna olmaqla, insan müdaxiləsi olmadan onlayn tranzaksiyalar həyata keçirə bildiyini iddia edirdi. Şirkət həqiqətən də süni zəka sahəsində bir neçə həll yolu əldə etmişdi, lakin ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, tətbiqin işində avtomatlaşdırma səviyyəsi əslində sıfır olub.

2022-ci ildə The Information nəşri araşdırma apararaq müəyyən etmişdi ki, bu xidmət əslində işə götürülmüş şəxslərin əməyi ilə fəaliyyət göstərirmiş. Nəticədə Nate maliyyə vəsaitlərini tükətmiş, 2023-cü ilin yanvarında şirkət aktivlərini satmağa məcbur qalmış və investorlar yatırdıqları vəsaitləri “demək olar ki, tamamilə” itirmişdilər - bu, ABŞ Ədliyyə Nazirliyinin ittiham aktında qeyd olunub. TechCrunch yazır ki, bu cür saxtakarlıq sxemləri ilə guya süni zəka istifadə etdiyini iddia edən başqa startaplar da fəaliyyət göstərib.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
Microsoft Research bölməsinin yeni araşdırması göstərib ki, süni zəka proqramçılara kod yazmaqda kömək etsə də, OpenAI-nin və Anthropic-in qabaqcıl süni zəka modelləri belə səhvləri düzəltmək tapşırıqlarının yalnız yarısında uğur qazana bilirlər.

Süni İntellekt
OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır
OpenAI yaxın zamanda bir neçə yeni süni zəka modelini təqdim etməyi planlaşdırır. Bunlar arasında GPT-4-ün təkmilləşdirilmiş versiyası olan GPT-4.1 də yer alır.

Süni İntellekt
Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
Google yüksək məhsuldarlıq və səmərəliliyə fokuslanan yeni süni zəka modelini təqdim edib. Bu model Gemini 2.5 Flash adlanır və tezliklə süni zəka modellərinin yerləşdirilməsi və idarə olunması üçün nəzərdə tutulmuş Google Cloud-un Vertex AI platformasında əlçatan olacaq.

Süni İntellekt
Avropa "süni zəka qitəsi"nə çevrilməyi planlaşdırır
Avropa Birliyi rəsmiləri yerli süni zəka sektorunu təşviq etmək və onu ABŞ və Çinlə sərt rəqabət şəraitində gücləndirmək məqsədilə bir plan təqdim ediblər. Bu addım, regionda süni zəka ilə bağlı mövcud qaydaları tənqid edən yerli inkişaf etdiricilərin çıxışlarından sonra atılıb.

Süni İntellekt
Çin süni zəka yarışında ABŞ-dan geriliyini azaldıb
Çin süni zəka yarışında ABŞ-ı yaxalamaqdadır. Stenford Süni Zəka İnstitutunun son hesabatına görə, əsas testlər üzrə Çin və ABŞ modelləri arasındakı nəticə fərqi 2023-cü ildəki iki rəqəmli göstəricilərdən 2024-cü ilin sonuna yaxın demək olar ki, sıfıra enib.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
